• $ 1.7
  • € 1.9607
  • ₽ 0.021452
  • ₺ 0.0385
  • £ 2.2718

Bu şəxslərin 1000 manata qədər olan borcları bağışlanacaq - QƏRAR

Bu şəxslərin 1000 manata qədər olan borcları bağışlanacaq - QƏRAR
02.04.2019 13:01
Əhalinin sosial rifahının daha da yaxşılaşdırılması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə köklü sosial-iqtisadi islahatlar aparılmış, bir çox dövlət əhəmiyyətli qərarlar qəbul edilmiş və fərmanlar imzalanmışdır. 

Anews.az xəbər verir ki, bu sənədlərin biri də Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanıdır.  Əhalinin ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə dövlət dəstəyini ehtiva edən bu Fərman, devalvasiya nəticəsində borc yükü artmış şəxslərin rifah halının yaxşılaşdırılmasına, onların banklar qarşısında öhdəliklərinin icrasına dəstək olmaqla yanaşı, maliyyə-bank sisteminin dayanıqlı inkişafının təmin edilməsinə xidmət edir. 

Fərmanda göstərilən əsas məsələlərlə bərabər 6.3-cü maddəsində banklara fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmək tövsiyə edilmişdir. Bu tövsiyələrin icrası məqsədi ilə bank icması da öz növbəsində görülməli olan ilkin dəstəkləyici tədbirlər müəyyən etməkdədir. 

Bununla əlaqədar olaraq, 29 mart 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilmişdir. İclasda yekdilliklə Qarabağ müharibəsi və 20 Yanvar şəhidlərinin bir nəfər ailə üzvünün banklara 360 gündən artıq gecikməsi olan 1000 (min) AZN qədər kreditlərinin (faiz borcu daxil olmaqla) bankların öz vəsaitləri hesabına ödənilməsi barədə qərar qəbul edilmişdir. 

Bundan sonra da banklara bu istiqamətdə əlavə güzəştlər edilməsi imkanlarının araşdırılması tövsiyə edilmişdir.




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

“Brent” neftinin qiyməti artıb
İqtisadiyyat 09:25
“Brent” neftinin qiyməti artıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:10
Bu günün valyuta məzənnələri açıqlanıb
Səyahət planlarını Yelo App-ə həvalə et!
İqtisadiyyat 16:37
Səyahət planlarını Yelo App-ə həvalə et!


Ötən il Azərbaycanda 5 min tona yaxın bal istehsal olunub
İqtisadiyyat 16:20
Ötən il Azərbaycanda 5 min tona yaxın bal istehsal olunub
ABB-nin dəstəyi ilə II QadınLiderləri Zirvəsi keçirildi
İqtisadiyyat 16:09
ABB-nin dəstəyi ilə II QadınLiderləri Zirvəsi keçirildi
Azercell-in dəstəyi ilə “FutureFem 2.0” layihəsinə start verilib
İqtisadiyyat 15:26
Azercell-in dəstəyi ilə “FutureFem 2.0” layihəsinə start verilib
Azərbaycan iqtisadiyyatı böyüyüb
İqtisadiyyat 13:24
Azərbaycan iqtisadiyyatı böyüyüb
İki ayda qeyri-neft sektoru üzrə ixrac gəlirləri artıb
İqtisadiyyat 11:53
İki ayda qeyri-neft sektoru üzrə ixrac gəlirləri artıb

Sosial ödənişin hamısı sabah ödəniləcək
İqtisadiyyat 11:45
Sosial ödənişin hamısı sabah ödəniləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol