• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan “orta güc” konsepsiyası əsasında daha fəal multilateral diplomatiya aparır - Hacıyev

Azərbaycan “orta güc” konsepsiyası əsasında daha fəal multilateral diplomatiya aparır - Hacıyev
12.03.2026 16:17

Azərbaycan multilateral diplomatiyada “orta güc” (middle power) yanaşmasını önə çəkir və ölkələrin yalnız böyük beynəlxalq institutların təşəbbüsünü gözləməməli olduğunu hesab edir. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, bu yanaşma dövlətlərin öz təşəbbüsləri ilə çıxış etməsini və eyni mövqedə olan ölkələrin müəyyən mövzular ətrafında birləşərək real nəticələr əldə etməsini nəzərdə tutur.

Hacıyev qeyd edib ki, bu model iki əsas anlayışa əsaslanır — “istəkli ölkələr koalisiyası” və “dəyişkən geometriya”. Bu çərçivədə coğrafiya həlledici rol oynamır və müxtəlif regionlardan olan ölkələr konkret gündəlik üzrə əməkdaşlıq edə bilirlər.

“Azərbaycan, Avstraliya və Türkiyə COP gündəliyi üzrə birgə işləyə bilər. Eyni zamanda biz iqlim diplomatiyası sahəsində Efiopiya ilə də əməkdaşlıq edirik. Bu, eyni düşüncəyə malik ölkələrin bir araya gələrək qlobal gündəliyə töhfə verə biləcəyini göstərir”, — o bildirib.

Hacıyev vurğulayıb ki, bu yanaşma regionda sülh və təhlükəsizlik məsələlərinə də aiddir. Onun sözlərinə görə, Azərbaycan uzun illər beynəlxalq institutların, xüsusilə ATƏT-in Minsk Qrupunun fəaliyyətinə ümid bəsləsə də, bu mexanizm faktiki olaraq diplomatik uğursuzluqla nəticələnib.

“Nəticədə Azərbaycan münaqişəni hərbi-siyasi vasitələrlə həll etdi və bu gün regionda real sülh imkanları yaranıb. Hazırda Ermənistan və Azərbaycan sülh gündəliyinin parametrləri üzərində işləyirlər”, — o qeyd edib.

Prezidentin köməkçisi əlavə edib ki, enerji təhlükəsizliyi də multilateral əməkdaşlığın uğurlu nümunələrindən biridir. Onun sözlərinə görə, Xəzər dənizindən Adriatikə qədər uzanan enerji layihələri ortaq maraqlara əsaslanan “qazan-qazan” modelinin formalaşdığını göstərir.

Hacıyev bildirib ki, Azərbaycan eyni zamanda Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişləndirir və Mərkəzi Asiya Məsləhətçi Formatına tamhüquqlu üzv kimi qoşulub.

“Bu, eyni ölçülü və oxşar maraqlara malik ölkələrin birlikdə regional və qlobal gündəliyin formalaşmasına töhfə verə biləcəyini göstərir”, —  o vurğulayıb.

Sonda Hacıyev qeyd edib ki, “orta güc” anlayışı yalnız hərbi güc, ərazi və ya ÜDM göstəriciləri ilə ölçülməməlidir.

“Azərbaycan üçün orta güc statusu problemlərin həllinə yönəlmiş yanaşma və regionda, həmçinin qlobal səviyyədə müsbət gündəliyin təşviqi deməkdir”, — o əlavə edib.

Gülnar Nazimqızı

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol