• $
  • £

Bayılda ara qarışdı: Polis meydana daxil oldu - VİDEO

Bayılda ara qarışdı: Polis meydana daxil oldu - VİDEO
29.05.2020 05:10
Azərbaycan  Premyer Liqasinda XXIV tura yekun vurulub.

Oxu.Az xəbər verir ki, son oyun günündə iki matç keçirilib.

Autsayder "Keşlə” evdə "Qəbələ”ni qəbul edib və 1:2 hesabı ilə uduzub.

"Neftçi” isə səfərdə "Səbail”in qonağı olub. Bayıldakı "ASCO Arena”da keçirilən matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Görüşün son dəqiqələri dramatik alınıb. Belə ki, Maykl Esyenli meydan sahibləri hesabda 2:1 öndə olsa da, flaqman görüşə əlavə olunmuş 5-ci dəqiqədə bərabərlik qolunu vurub. Qolu "Neftçi”nin mərkəz müdafiəçisi Mamadu Mboc başla rəqib qapısından keçirib.

Bundan sonra isə oyun başa çatdırılıb. Bu, "Səbail” futbolçularının narazılığına səbəb olub. 

Baş hakim Səbuhi Bayramov sərt şəkildə etiraz edən "Səbail”in ukraynalı qapıçısı Aleksandr Rıbkanı ikinci sarı vərəqə ilə meydandan qovub.  Nəticədə aranı sakitləşdirmək üçün polis meydana daxil olub. 

"Neftçi”nin xal itirməsindən sonra "Qarabağ” iki xal fərqlə vahid lider olub.
 

 







www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
İdman 15:01
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol