• $
  • £

Beşdən çox uşağı olanlara ŞAD XƏBƏR

Beşdən çox uşağı olanlara ŞAD XƏBƏR
15.04.2019 23:48
İlham Əliyev "Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Anews.az xəbər verir ki, fərmanda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 fevral tarixli 992 nömrəli Sərəncamının icrası ilə əlaqədar qərara alıram:
1. "Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanında (2013, № 12, maddə 1539; 2018, № 4, maddə 668 ) aşağıdakı dəyişikliklər edilsin:
1.1. adında "müavinətin” sözü "sosial müavinətin” sözləri ilə əvəz edilsin;
1.2. 1-ci hissədə "müavinətin” sözü "sosial müavinətin” sözləri ilə, "33 (otuz üç)” sözləri "55 (əlli beş)” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
3. Bu Fərman 2019-cu il aprelin 1-dən tətbiq edilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Binəqədi rayonunda evlərdən 10 min manatlıq oğurluq edən şəxs saxlanılıb
Cəmiyyət 12:56
Binəqədi rayonunda evlərdən 10 min manatlıq oğurluq edən şəxs saxlanılıb
Tərtərdə 7 yaşlı uşaq kanalda boğulub
Cəmiyyət 12:10
Tərtərdə 7 yaşlı uşaq kanalda boğulub
Paytaxtin qəsəbələrində iməcilik keçirilib
Cəmiyyət 11:40
Paytaxtin qəsəbələrində iməcilik keçirilib
Naxçıvan şəhərinin bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət 10:32
Naxçıvan şəhərinin bəzi ərazilərində işıq olmayacaq
Yanğın təhlükəli avtomobil təmiri sexinin fəaliyyəti dayandırılıb
Cəmiyyət 10:08
Yanğın təhlükəli avtomobil təmiri sexinin fəaliyyəti dayandırılıb
Saatlıda narkotik və spirtli içki təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıb
Cəmiyyət 09:45
Saatlıda narkotik və spirtli içki təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıb
Lənkəranda iki maşın toqquşub, yaralılar var
Cəmiyyət 09:05
Lənkəranda iki maşın toqquşub, yaralılar var
Xəzər dənizində zəlzələ baş verib
Cəmiyyət 08:55
Xəzər dənizində zəlzələ baş verib
Bu ərazilər də yağış sularından təmizlənir - Video
Cəmiyyət 21:30
Bu ərazilər də yağış sularından təmizlənir - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol