Obama Ərəb ölkələrinin təmsilçiləri ilə görüşdü
ABŞ-ın prezidenti Barak Obama terrorçu İŞİD təşkilatına qarşı hava hücumlarına dəstək verən Ərəb ölkələrinin təmsilçiləri ilə görüşüb.
BMT-nin Nyu Yorkda keçirilən toplantısına gələn Obama Bəhreyn, Səudiyyə Ərəbistanı, İordaniya, Birləşmiş Ərəb Əmirliklərinin təmsilçiləri ilə bir araya gəlib. Görüşə İraqın yeni baş naziri Heydər əl-İbadi də qoşulub.
Obama, İŞİD hədəflərini vurmaqda kömək etdikləri üçün öz təşəkkürünü bildirib. O, bu cür terror təşkilatlarının asanlıqla məhv edilmədiyini, uzun müddət mübarizə aparmağın vacibliyini də qeyd edib.
ANN.Az