• $
  • £

Azərbaycan millisinin üzvünün qəlyanla fotosu yayıldı - Xəbərdarlıq ediləcək

Azərbaycan millisinin üzvünün qəlyanla fotosu yayıldı  - Xəbərdarlıq ediləcək
29.05.2020 05:34
Azərbaycan Futzal Federasiyası milli komandanın və EKOL klubunun oyunçusu Ramiz Çovdarova qəlyan çəkdiyi vəziyyətdə şəklini sosial şəbəkədə paylaşdığına görə xəbardarlıq edəcək.

Bu barədə "Report"a federasiyanın mətbuat xidmətinin rəhbəri Malah Məmmədov məlumat verib. Qurumun rəsmisi bildirib ki, bu cür şəkilləri ictimailəşdirməsinin etiketə uyğun olmadığını 29 yaşlı hücumçunun diqqətinə çatdıracaqlar. O, fotonun millinin toplanışı vaxtı çəkilmədiyini də əlavə edib: "Sosial şəbəkə profili şəxsidir, dəyişib-dəyişməyəcəyi öz işidir. Həm də bu foto millinin toplanışı, oyunu ərəfəsində çəkilməyib. Toplanış zamanı futzalçılar gündəlik rejimə ciddi əməl edirlər".

EKOL-un rəisi Məzahir İsgəndərov isə deyib ki, qəlyanla foto Çovdarov "Araz Naxçıvan"da çıxış etdiyi vaxt çəkilib: "Bu şəkil sosial şəbəkəyə 2017-ci ildə qoyulub. Həmin vaxt isə o, bizim komandada olmayıb. Çovdarov təxminən 4-5 ay əvvəl EKOL-a keçib. Onu köhnə şəklinə görə cəzalandıra bilmərik. Bizim üçün futzalçının hazırkı vəziyyəti və həyat tərzi maraqlıdır".

İsgəndərov belə halları yaxşı qarşılamadıqlarını və iclaslarda bu yöndə danışdıqlarını əlavə edib. 

Öz növbəsində Çovdarov "Report"a açıqlamasında bunları deyib: "Qəlyan çəkən deyiləm, kimdənsə də qorxmuram. Sadəcə, şəkil olsun deyə sosial şəbəkəyə qoymuşam. Qorxsaydım, heç o şəkli paylaşmazdım. Məni tanıyan hər kəs bilir ki, qəlyan çəkmirəm".

Futzalçı birmənalı qarşılanmadığını gördükdən sonra  profil fotosunu yeniləyib. Lakin o, qəlyanla şəklini digər şəkilləri arasında saxlayıb. 

Qeyd edək ki, Ramiz Çovdarov qəlyanla forosunu 27 fevral 2017-ci ildə sosial şəbəkədə profil şəkli edib.
 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
İdman 15:01
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol