Xodorkovski prezident olmaq istəyir
Rusiya prezidenti Vladimir Putinin əfv sərəncamı ilə azadlığa buraxılan keçmiş "Yukos" prezidenti Mixail Xodorkovski özünü dövlət başçısı olmağa hazır hesab edir.ANN.Az-ın verdiyi xəbərə görə, Fransanın "Le Monde" qəzetinə açıqlamasında Xodorkovski "dövlət başçısı olub-olmayacağı haqqında nə fikirləşir" kimi suallara belə cavab verib: "Ölkəmin normal inkişaf etdiyi təqdirdə prezident olmaq, ölkəni idarə etmək haqqında fikirləşmirəm. Amma böhran vəziyyətindən çıxmaq, konstitusiyada islahatlar etmək məsələləri istisna hallardır. Hakimiyyətin məhkəmə, parlament və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi ilə bağlı konstitusiya islahatları əsas məsələlərdən biri olarsa, vəzifə almağa hazıram".Bu müsahibədən sonra Xodorkovskinin mətbuat katibi Olqa Pispanen Rusiya media nümayəndələrinə əlavə açıqlama verib. O, qeyd edib ki, Xodorkovski bu müsahibəsini verərkən hər hansı zaman göstərməyib: "Sadəcə böhranlı vəziyyətdən bəhs edib".Kremldə 3-cü prezidentlik dövrünü yaşayan Putinin 2018-ci ildə ölkədə keçiriləcək seçkidə 4-cü dəfə namizəd olacağı ilə bağlı hər hansı maneə görünmür.Həbsdən azad olunandan az sonra Xodorkovski bundan sonra siyasətə qoşulmayacağını bildirmişdi. Vergidən yayınma, digər maliyyə cinayətləri ilə bağlı həbs olunan Xodorkovski və şəriki Platon Lebedev 11 ilə yaxın həbsdə qaldılar. Ötən il Putin onları əfv etdi.ANN.Az