• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Davudoğlu: “Azərbaycana xidmət Türkiyəyə xidmət deməkdir ”

Davudoğlu: “Azərbaycana xidmət Türkiyəyə xidmət deməkdir ”
19.09.2014 18:02
“Öz vətənimdə, evimdə yenidən olduğum üçün çox xoşbəxtəm. Hansı vəzifədə olmağımızdan asılı olmayaraq, Türkiyə və Azərbaycan arasında fərq qoymarıq. Bizim üçün Türkiyəyə xidmət Azərbaycana xidmət, Azərbaycana xidmət Türkiyəyə xidmət deməkdir”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata verdiyi açıqlamada Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib. O bildirib ki, əvvəl xarici işlər naziri, indi isə baş nazir kimi Azərbaycanı öz vətəni bilir: “Dəyərli dostum prezident İlham Əliyevə dediyim kimi, həmişə Türkiyə üçün çalışdığımız qədər Azərbaycan üçün də çalışacağıq. Bizim olduğumuz yerdə Azərbaycan var, ilham Əliyevin olduğu yerdə də Türkiyə var. Birimizin olmadığı yerdə digərimizin onu necə müdafiə etdiyini bütün dünya bilir. Azərbaycan bizim üçün eşqdir, sevdadır, məhəbbətdir. Bu mənəvi bağı baş nazir kimi genişləndirmək, dərinləşdirmək mənim borcumdur. Türkiyə və Azərbaycanda gözəl bir adət var, ilk səfərlər qarşılıqlı olaraq həyata keçirilir. Bu gün bu borcu ödəmək də mənim üçün şərəfdir”. Türkiyənin baş naziri iki ölkə arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu söyləyib. Onun sözlərinə görə, son illər ərzində Orta Şərqə, Qafqaza, Balkanlara, hətta Avrasiyaya baxılsa, ən uğurlu layihələrə Azərbaycan və Türkiyə imza atıb: “Bu, çiyin-çiyinə hərəkət edən iki qardaşın uğur hekayəsidir. Bir çox yerlərdə qeyri-sabitlik, daxili çəkişmələr, ciddi iqtisadi böhran yaşandığı halda, son 10-12 il içərisində Azərbaycan və Türkiyə böyük irəliləyişə nail olub, iqtisadi cəhətdən çox böyük layihələrə imza atıb. Biz hər zaman bunu düşündük. Dəyərli dostum prezident İlham Əliyevlə görüşdə də qeyd etdik ki, əgər Türkiyə nailiyyət əldə edibsə, Azərbaycanın uğuru da artacaq və ya əksinə. Bizə maraqlı olan layihələrə baxdıqda, onlar tək Azərbaycan və Türkiyəyə deyil, bütün bölgə ölkələrinə sülh gətirən layihələrdir. Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Qafqazı Aralıq dənizinə, Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə Qafqazı Anadoluya, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Mərmərə layihəsi həyata keçirildiyi halda isə Pekini Londona bağlayırıq. TANAP layihəsi və Cənubi Qaz dəhlizi ilə də Anadolu vasitəsilə Qafqazı Balkanlara bağlayacağıq. 1990-cı illərdə Qafqaz və Balkan gərgin, mənfi hadisələrlə anılıb. İndi Azərbaycanla Türkiyənin uğur hekayələri olaraq Qafqaz və Balkanları sülh bölgələri olaraq bir-birinə bağlayacağıq”. Ə. Davudoğlu Anadolu coğrafiyasının Xəzər dənizi ilə Adriatik dənizi arasında keçid coğrafiyası olacağını vurğulayıb: “Əgər Azərbaycanda bu qüdrət, xalqın gələcəyini düşünən liderlik olmasaydı, hər iki ölkənin qüdrəti olmasaydı, Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin dediyi kimi, “bir millət, iki dövlət” kəlməsi kağız üzərində qalardı. Amma indi sözün əsl mənasında qüdrətli Azərbaycanla qüdrətli Türkiyə ilə birləşəndə, bütünləşəndə, əl-ələ, çiyin-çiyinə olanda qazanan təkcə Türkiyə və Azərbaycan olmur. Bütün Qafqaz, Balkanlar, hətta Avropa və Asiya qazanır. Bu baxımdan bu layihə həqiqətən əsrin layihəsidir. Sabah bu layihəyə töhfə vermək, onun təməlatma mərasimində iştirak etmək, bundan sonrakı mərhələsinə qatılmaq qürur verir. İnşallah, prezident İlham Əliyevlə martın 17-18-də TANAP-ın Anadolu qolunun təməlatma mərasimində də birlikdə olacağıq. Beləliklə, birlik və sülh layihəsi gerçəkləşəcək. Biz bu gün axşam və sabah Yunanıstan, Monteneqro, Bolqarıstandan olan liderlərlə bir arada olacağıq. Qafqazla Balkanlar bir-birinə belə bağlanacaq”. Türkiyənin baş naziri Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin ildönümü olduğunu da xatırladıb: “Bu gün səhər mərhum prezident Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etdik. Qarabağ şəhidləri ilə 20 Yanvar şəhidlərinin məzarlarını Qafqaz şəhidlərinin məzarları ilə birlikdə gördük. Onlar müstəqil Azərbaycan uğrunda necə  birlikdə, çiyin-çiyinə olublarsa, indi də biz sülhü gerçəkləşdirmək üçün bir aradayıq”. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev İsveçrə Prezidentinə başsağlığı verib
Siyasət 10:09
İlham Əliyev İsveçrə Prezidentinə başsağlığı verib
МИД Азербайджана выразил соболезнования Швейцарии в связи с трагедией в Кран-Монтане
Siyasət 18:30
МИД Азербайджана выразил соболезнования Швейцарии в связи с трагедией в Кран-Монтане
Azərbaycan XİN İsveçrəyə başsağlığı verib
Siyasət 17:59
Azərbaycan XİN İsveçrəyə başsağlığı verib
Prezident dövlət və bələdiyyə sektorunda çalışanlar üçün icbari istehsalat sığortasını genişləndirdi
Siyasət 13:42
Prezident dövlət və bələdiyyə sektorunda çalışanlar üçün icbari istehsalat sığortasını genişləndirdi
Prezident Kuba liderinə təbrik məktubu ünvanlayıb
Siyasət 12:00
Prezident Kuba liderinə təbrik məktubu ünvanlayıb
Prezident xalqa müraciət edib - Yenilənib
Siyasət 00:00
Prezident xalqa müraciət edib - Yenilənib
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım edib
Siyasət 21:02
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım edib
Azərbaycan ilə Türkiyə arasında peşə təhsili sahəsində əlavə protokol təsdiqlənib
Siyasət 16:47
Azərbaycan ilə Türkiyə arasında peşə təhsili sahəsində əlavə protokol təsdiqlənib
Prezident deputat Rasim Musabəyovla bağlı sərəncam imzalayıb
Siyasət 16:27
Prezident deputat Rasim Musabəyovla bağlı sərəncam imzalayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol