• $ 1.7
  • € 1.785
  • ₽ 1.9142
  • ₺ 0.0467
  • £ 2.1531

“Toppuş bacı” tanınmaz halda - FOTOLAR

“Toppuş bacı” tanınmaz halda - FOTOLAR
29.05.2020 00:33
Xərçəng tapılan Əməkdar artist, "Toppuş bacı” kimi tanınan Tünzalə Əliyevanın son görüntüləri hamını təəccübləndirib. Sənətçinin xeyli arıqlaması diqqət çəkib.


Tünzalə Əliyeva Sputnik-ə bildriib ki, hazırda arzuladığı formadadır:


"Əvvəl 130 kilo idim. Hazırda isə arzuladığım formadayam. İstəsəm indi 70 kilo ola bilərəm. Amma qorxuram, bundan artıq arıqlamaq istəmirəm. Çünki yemək yeməsəm, qanım düşəcək. Bu yaxınlarda, 85 kilo olanda oruc saxladım, ondan sonra da artıq şübhələr baş qaldırdı. Çünki immunitetimin aşağı düşməməsi üçün oruc saxlamamalıydım".


O qeyd edib ki, son nəfəsində də mən Zaur Baxşəliyevə dua edəcək:


"Elə insanlar var ki, onlara ömrümün sonunadək dua edəcəm. Hər gün də dua edirəm, amma onların bundan xəbəri yoxdur. Son nəfəsimdə də mən Zaur Baxşəliyevə dua edib deyəcəyəm ki, Allah sənin balanı saxlasın! Elə ölümlər var ki, tamamilə xəbərsiz gəlir. Anam sap-sağlam adam idi, əcəli gəldi, dünyasını dəyişdi. Yaxınlaşıb "mama, necəsən", deyəndə baxdım ki, artıq keçinib. Ömrü verən Allahdır. Allah nə vaxt öl deyəcək, başımızı qoyub gedəcəyik bu dünyadan. Verdiyi və vermədiyi hər şeyə görə Allaha şükür edirəm...


Elməddin Cəfərov sağ olsun, ən pis günümdə də məni başa düşdü. Qusa-qusa "Qız atası" serialının çəkilişlərinə gəlirdim. Qaytarırdım, uzanırdım bütün çəkiliş meydanı isə məni gözləyirdi. O zamanlar ayaqlarım heç işləmirdi. Ayaqlarımı əlimlə qaldırırdım. İndi də ayağımı əlimlə qaldırıram. Bir ayağımı qaldıranda o birisini qaldıra bilmirəm".
 





















www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mədəniyyət 13:59
"Selfinaz 2"-nin qala gecəsi baş tutdu - GÖRÜNTÜLƏR
Müşviq Abbasov yalan danışır? - Foto
Mədəniyyət 23:07
Müşviq Abbasov yalan danışır? - Foto
“Bəyin oğurlanması”nın “Əhməd dayı”sı vəfat etdi – FOTO
Mədəniyyət 15:00
“Bəyin oğurlanması”nın “Əhməd dayı”sı vəfat etdi – FOTO
KVN komandası “Şuşa”nı “Buta”ya dəyişdi
Mədəniyyət 21:11
KVN komandası “Şuşa”nı “Buta”ya dəyişdi
Teymur Rəcəbov evləndi - Fotolar
İdman 20:49
Teymur Rəcəbov evləndi - Fotolar
Əməkdar artist vəfat etdi
Mədəniyyət 23:45
Əməkdar artist vəfat etdi
Zemfira Nərimanovanın illər sonra ilk FOTOSU
Mədəniyyət 19:26
Zemfira Nərimanovanın illər sonra ilk FOTOSU
Azərbaycan “Uşaq Avroviziyası - 2021”də beşinci oldu - Video+Yenilənib
Mədəniyyət 22:04
Azərbaycan “Uşaq Avroviziyası - 2021”də beşinci oldu - Video+Yenilənib
Azərbaycanda Əməkdar artist vəfat edib - FOTO
Mədəniyyət 09:16
Azərbaycanda Əməkdar artist vəfat edib - FOTO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol