"New York Times"ın Ərdoğana cavabı geçikmədi
Dünyanın məşhur kütləvi informasi vasitələrindən hesab olunan "New York Times" qəzetinin rəhbərliyi Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın İŞİD-lə bağlı dünənki açıqlamasına rəsmi qaydada cavab verib.
ANN.Az xəbər verir ki, qəzetin korporativ əlaqələr departamentinin rəhbərinin köməkçisi Eilin Mörfi "Xəbərimizin etibarlı qaynağı var və düzgün xəbər olaraq oxucuya çatdırılıb" deyə açıqlama verib. İnformasiyaların dəqiqliklə hazırlandığını deyən Mörfi "Xəbər yetərincə açıqdır və onun arxasındayıq" - əlavə edib.Prezident Ərdoğan "New York Times"ın "İŞİD Ankarada adam toplayır" iddiasına sərt münasibət sərgiləmiş, "Bu ən azından ədəbsizlik, alçaqlıq və ədalətsizlikdir" - demişdi.ANN.Az