• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Boksçularımızın rəqibləri bəlli oldu

Boksçularımızın rəqibləri bəlli oldu
18.09.2014 12:51
Qazaxıstanın Almatı şəhərində AİBA Pro Boxing (APB) yarışlarının püşkü atılıb.ANN.Az Boks Federasiyasına istinadən xəbər verir ki, tədbirdə AİBA prezidenti Çinq Ko Vu, Qazaxıstan Boks Federasiyasının prezidenti Timur Kulibayev, Qazaxıstanın İdman və Mədəniyyət naziri Aristanbek Muhammeduli və digər şəxslər iştirak ediblər. Hər çəki dərəcəsində 8 boksçu mübarizə aparacaq.  Reytinqə əsasən, hər çəkidə iki idmançı “səpələnməmişlər” sırasında yer alıb. Azərbaycan milli komandasının üzvlərindən 2 qat dünya çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov (91+kq)  reytinqdə 1-ci, dünya çempionu Cavid Çələbiyev (56 kq) isə 2-ci olub. APB-də ilk döyüşlər oktyabrın 24-də keçiriləcək.Məcidovun ilk rəqibi rumıniyalı boksçu Mihay Nistor olacaq. Nistor da WSB liqasında çıxış etsə də, o hələ ki Məcidovla qarşılaşmayıb. Çələbiyevin ilk rəqibi isə 28 yaşlı yaponiyalı Satoşi Şimizu olacaq. Şimizu London Olimpiadasının bürünc mükafatçısıdır. Fariz Məmmədovun da (69 kq) püşk sarıdan bəxtinin gətirmədiyini demək olar. Həmyerlimiz ilk görüşdə rusiyalı Andrey Zamkovoyla üz-üzə gələcək. Zamkovoy London Olimpiadasında bürünc medal qazanmaqla yanaşı, 2009-cu ilin dünya çempionatında da 2-ci olub.   ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hökumət Qabon millisinin fəaliyyətini dayandırıb
İdman 23:30
Hökumət Qabon millisinin fəaliyyətini dayandırıb
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
İdman 16:09
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol