• $ 1.7
  • € 2.0054
  • ₽ 0.021663
  • ₺ 0.0427
  • £ 2.3364

Problemli kreditlərlə bağlı şikayətlərə niyə cavab verilmir? - AÇIQLAMA

Problemli kreditlərlə bağlı şikayətlərə niyə cavab verilmir? - AÇIQLAMA
15.05.2019 15:26
Problemli kreditlərin həlli ilə bağlı imzalanmış fərmandan sonra martın 28-də müvafiq siyahı açıqlanıb. Tam siyahı isə aprelin 15-də məlum olub.

Bundan sonra bəzi vətəndaşlar adlarını siyahıda tapmadığı üçün şikayətlərini Maliyyə Bazarlarına Nəzarət Palatasının elektron portalında yaradılmış "Apellyasiya komissiyasına müraciət” bölümünə ünvanlayıblar.

Verilən məlumatlara görə, Apellyasiya komissiyası müraciətə baxdıqdan sonra 15 gün müddətində şikayəti cavablandırır. Ancaq bəzi vətəndaşlar şikayətlərindən 15-20 gün keçməsinə baxmayaraq, cavab almadıqlarını bildirirlər. 

Məsələ ilə bağlı Oxu.Az Maliyyə Bazarlarına Nəzarət Palatasına mətbuat katibi Elşən Allahverdiyev ilə əlaqə saxlayıb. 

Onun sözlərinə görə, bəzi şikayətlər xüsusi araşdırma tələb etdiyi üçün qanunda göstərildiyi kimi, 30 iş günü müddətində həmin vətəndaşlara cavab veriləcək:
"Bizə daxil olan bütün şikayətlər xüsusi araşdırma tələb edir. Vətəndaşlar maliyyə hesabatında səhv hesablandığından şikayətlənir, biz bununla bağlı həmin banklara sorğu göndəririk. Bankdan aldığımız cavabları mövcud vəziyyətə uyğunlaşdırırıq, analiz edib, vətəndaşa 30 iş günü müddətində cavab veririk. 
Bu qrafik dəyişməz olaraq qalır. Bu müddət ərzində mütləq olaraq vətəndaşa cavab veriləcək. Qeyd edim ki, 30 iş günü tamam olmamasına baxmayaraq, ilkin müraciətlər artıq cavablandırılıb. 

Bəzən olur ki, vətəndaşlar istənilən halda ona verilən məbləği yoxlamaq üçün apellyasiya şikayəti verirlər. Müraciətlərin çoxu fərmanın aid olmadığı vətəndaşlara məxsusdur”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 10:13
"Ali təhsil haqqında" qanun hazırda müzakirə predmeti deyil - Nazir
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq -  nazir
Cəmiyyət 15:41
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq - nazir
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Cəmiyyət 15:17
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol