• $ 1.7
  • € 1.9934
  • ₽ 0.020047
  • ₺ 0.0411
  • £ 2.3046

Eldar Mahmudovun əmisi oğlu məhkəməyə gətirilməyib

Eldar Mahmudovun əmisi oğlu məhkəməyə gətirilməyib
23.05.2019 22:30
Bakı Hərbi Məhkəməsində Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi təxirə düşüb.

ONA-nın xəbərinə görə, prosesə sədrlik edən hakim Elbəy Allahverdiyev bildirib ki, təqsirləndirilən V. Mahmudov məhkəməyə gətirilməyib.

V. Mahmudovun gətirilməməsinə səbəb məhkəmə tərəfindən onun saxlanıldığı istintaq təcridxanasına məktub ünvanlanmaması olub. Proses iyunun 3-dək təxirə salınıb.

Qeyd edək ki, keçmiş milli təhlükəsizlik naziri E.Mahmudovun əmisi oğlu V.Mahmudov 2017-ci il noyabr ayının əvvəlində həbs edilib. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq sabiq nazir E.Mahmudovun köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant V.Mahmudov MTN-in vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. V.Mahmudova Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə), 182.3.1-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.1-ci (əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxslər tərəfindən həmin tədbirlərin qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda), 302.2-ci (eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə) və 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdama 700-dən çox ailə köçürülüb - Deputat
Cəmiyyət 12:40
Ağdama 700-dən çox ailə köçürülüb - Deputat
Tahir Rzayev: Milli kimliyimizə uyğun olmayan küçə adları dəyişdirilməlidir
Cəmiyyət 12:32
Tahir Rzayev: Milli kimliyimizə uyğun olmayan küçə adları dəyişdirilməlidir
Regional məsələlər komitəsi 2025-ci ildə 9 iclas keçirib, 2 mindən çox müraciətə baxılıb
Cəmiyyət 12:17
Regional məsələlər komitəsi 2025-ci ildə 9 iclas keçirib, 2 mindən çox müraciətə baxılıb
Azərbaycanda altı ali məktəb akkreditasiyadan keçirilib
Cəmiyyət 12:09
Azərbaycanda altı ali məktəb akkreditasiyadan keçirilib
2027-ci ildən XI sinif üzrə buraxılış imtahanlarında yeni test modeli tətbiq ediləcək
Cəmiyyət 12:01
2027-ci ildən XI sinif üzrə buraxılış imtahanlarında yeni test modeli tətbiq ediləcək
Sentyabrın 21-də ilin ikinci Günəş tutulması baş verəcək
Cəmiyyət 11:59
Sentyabrın 21-də ilin ikinci Günəş tutulması baş verəcək
Son 8 ayda diplom tanınması ilə bağlı 491 mənfi rəy verilib
Cəmiyyət 11:32
Son 8 ayda diplom tanınması ilə bağlı 491 mənfi rəy verilib
Bakının bəzi ərazilərinə yağış yağır -FAKTİKİ HAVA
Cəmiyyət 11:13
Bakının bəzi ərazilərinə yağış yağır -FAKTİKİ HAVA
“SİMA İmza” mobil tətbiqi 5 milyon yüklənməyə çatıb
Cəmiyyət 10:50
“SİMA İmza” mobil tətbiqi 5 milyon yüklənməyə çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol