Körfəz ölkələri İŞİD-ə qarşı bəyanat imzaladı
ABŞ-ın İŞİD-ə qarşı İraq və Suriya torpaqlarında başlatdığı əməliyyata Körfəz ölkələrindən dəstək gəldi. Türkiyənin "Radikal" qəzeti yazır ki, ABŞ prezidenti Barak Obamanın İŞİD-lə bağlı planını açıqlamasından sonra ölkənin xarici işlər naziri Con Kerri Yaxın Şərqə səfər edib və bölgədəki müttəfiqləri ilə Səudiyyə Ərəbistanının Ciddə şəhərində onlarla bir araya gəlib. Toplantıya Türkiyədən də təmsilşi qatılıb. Toplantıda Səudiyyə Ərəbistanı, Bəhreyn, Misir, İraq, İordaniya, Küveyt, Liviya, Oman, Qətər, Birləşmiş Ərəb Əmirlikləri İŞİD-ə qarşı mübarizədə ABŞ-ın planına münasibət sərgiləyiblər.Toplantıdan sonra 10 ölkənin nümayəndəsinin imzaladığı bəyanatda İŞİD-in bütün qaynaqlarının əngəllənməsinə yönəlik addımların gücləndirilməsi, yeni İraq hökumətinə dəstək verilməsi kimi hədəflər qeyd olunub. Səudiyyə Ərəbistanından başqa digər 9 ərəb ölkəsi ABŞ planına dəstək verəcəyinə söz verib.Tədbirdə Türkiyə təmsilçisi iştirak etsə də, türk xəbər agentlikləri onun bəyanatı imzalamadığını yazır.Con Kerri bu gün Türkiyəyə gəlir və 49 səfirlik nümayəndəsinin İŞİD girovluğunda olan Türkiyənin plana necə dəstək verəcəyi hələ dəqiqi deyil. Kerri 2 gün boyunca Ankarada xarici işlər naziri Mövlud Çavuşoğlu, baş nazir Əhməd Davudoğlu və prezident Rəcəb Təyyub Ərdoğanla görüşəcəyi deyilir.Suriya hökuməti xəbər verilmədən digərlərinin torpaqlarında əməliyyat aparmasına qarşı çıxır. Çin, İran və Rusiya da Suriyadan icazə almadan onun ərazisində hərbi əməliyyatların keçirilməsi ilə razı deyil.
ANN.Az