• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Azərbaycan müasir gəmilər aldı - FOTO

Azərbaycan müasir gəmilər aldı - FOTO
11.09.2014 18:05
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti müasir gəmilər alıb.ANN.Az "Xəzər Dəniz Gəmiçiliyi"nə istinadən xəbər verir ki, QSC  standartlara cavab verən, Sinqapurun “Pacc Offshore Services Holding Ltd” şirkətinin nəzarəti altında inşa olunan yedək-təchizat gəmisi alıb. DP-2 sistemi ilə təchiz edilən, dartma qüvvəsi təxminən 210 at gücündə olan yedək-təchizat gəmisi texniki göstəricilərinə görə Xəzərdə birincidir. Gəminin texniki imkanları onun Xəzərdə nəzərdə tutulan bir çox layihələr, o cümlədən “Şahdəniz-2”, “Şəfəq-Asiman”, “Abşeron Faza-1” layihələri çərçivəsində nəzərdə tutulan işlərə  cəlb olunmasını mümkün edir. Gəmiyə Azərbaycanın qədim şəhərlərindən olan Lənkəranın adı veriləcək. Alqı-satqısı başa çatdırılan digər nəqliyyat vasitəsi isə Rusiya Federasiyasına məxsus  gəmiqayırma müəssisəsinin istehsalı olan quru yük gəmisidir. Dedveyti 5490 ton olan gəminin uzunluğu 108,3 metr, eni 16,5 metr, suya oturumu 4,79 metrdir. Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin adını daşıyacaq  bu  gəmi üçrəngli bayrağımız altında Qara dəniz, Aralıq dənizi və digər hövzələrdə yükdaşıma əməliyyatlarına cəlb ediləcək.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:00
Azərbaycan nefti ucuzlaşıb
Yelo Bank əlilliyi olan uşaqlar və gənclər üçün inklüziv idman tədbiri keçirib
İqtisadiyyat 17:10
Yelo Bank əlilliyi olan uşaqlar və gənclər üçün inklüziv idman tədbiri keçirib
Bu il aktiv ƏDV ödəyicilərinin sayı 5 %-dən çox artıb
İqtisadiyyat 16:48
Bu il aktiv ƏDV ödəyicilərinin sayı 5 %-dən çox artıb
Əfqanıstan 18-ci İƏT sammitinin Kabildə keçirilməsini təklif edib
Siyasət 14:53
Əfqanıstan 18-ci İƏT sammitinin Kabildə keçirilməsini təklif edib
Ərdoğan İƏT Zirvəsində iştirak üçün Azərbaycana gəlib
Siyasət 12:21
Ərdoğan İƏT Zirvəsində iştirak üçün Azərbaycana gəlib
Partnyorlarda alış-veriş et, faizsiz taksitlə ödə!
İqtisadiyyat 10:52
Partnyorlarda alış-veriş et, faizsiz taksitlə ödə!

Dünya bazarlarında neft cüzi ucuzlaşıb
İqtisadiyyat 09:22
Dünya bazarlarında neft cüzi ucuzlaşıb
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:15
Avro və rubl ucuzlaşıb - Məzənnə
Azərbaycanın dövlət büdcəsi 2025-ci ilin ilk yarısında planı üstələyib
İqtisadiyyat 10:34
Azərbaycanın dövlət büdcəsi 2025-ci ilin ilk yarısında planı üstələyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol