Obama: "İŞİD-i bitirəcəyik"
ABŞ prezidenti Barak Obama İŞİD-i 4 addımlıq mərhələli planla tamamilə məhv edəcəklərinə dair dövlət strategiyasını açıqlayıb. İraqla bərabər Suriyada da terror qruplaşmalarına yönəlik hava hücumlarının başladılmasına "yaşıl işıq" yandıran Obama "İŞİD-in gücünü azaldacayıq və tamamilə məhv edəcəyik" deyib.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, dünən ABŞ prezidenti xalqına müraciət edib.O, ilk növbədə, ABŞ-ın terrorçuların mövqelərinə zərbələr endirməyə davam edəcəklərini deyib. Bununla belə, ABŞ İraqda quru əməliyyatı həyata keçirməyəcək. Obama qeyd edib ki, indiyədək İraqda “İŞİD” qruplaşmasının mövqelərinə 150 hava zərbəsi endirilib. ABŞ prezidentinin sözlərinə görə, bu, İraq qoşunlarına yardımın göstərilməsində mühüm amil olub və dinc sakinlərin kütləvi qırğınının qarşısını alıb. “İŞİD” harada olmasından asılı olmayaraq onunla mübarizə aparılacaq”, deyə Obama vurğulayıb. Prezident bildirib ki, ABŞ İraqa hərbi mütəxəssislər də göndərəcək. Hərbi mütəxəssislər yerli hərbçilərin hazırlanması və terrorçulara qarşı hərbi əməliyyatların əlaqələndirilməsində kömək edəcək, onlara kəşfiyyat məlumatları ilə təmin edəcəklər. Həmçinin ABŞ İraq əhalisinə humanitar yardım göstərəcək. Sonda Obama “İslam dövlətinə” qarşı koalisiyanın yaradılmasından bəhs edərək onun sıralarına NATO-dakı tərəfdaşlarının daxil olacağını qeyd edib.ANN.Az