• $ 1.7
  • € 2.0008
  • ₽ 0.022051
  • ₺ 0.0388
  • £ 2.292

Bakıda həkimi öz tələbəsi əməliyyat etdi, öldü

Bakıda həkimi öz tələbəsi əməliyyat etdi, öldü
12.06.2019 12:46
Azərbaycan Dövlət Tibb Universitetinin müəllimi, pediatr Sədaqət Şahsuvarova vəfat edib. Anews.az Baku.ws-ə istinadən xəbər verir ki, 65 yaşlı həkim Avrasiya Hospitalında etdirdiyi liposeksiya əməliyyatından 4 gün sonra ölüb.

Onun əməliyyatı plastik cərrah Vüqar Ələkbərov tərəfindən həyata keçirilib. Cərrah açıqlamasında, pasiyentinin ölümündə günahkar olmadığını bildirib:
"Əməliyyat uğurlu keçdi. Bir neçə saatdan sonra ayağa durub gəzdi. Lakin 2 gün sonra halı pisləşdi. Yaxınları onu başqa klinikaya apardılar, 4 gün sonra orada vəfat etdi. 

Hazırda araşdırma gedir. Ölüm səbəbi qandakı hansısa infeksiyadır. Sidik yollarında da infeksiya tapılıb, üstəlik xroniki pnevmaniyası da var imiş. 
Əgər ən az 1 həftə-10 gün sağ qalsaydı, infeksiyanın növünü tapıb müalicəyə başlayardıq. Yaşlı qadın idi. İmmun sistemi zəif olduğundan orqanizm infeksiya qarşısında aciz olub". 

V.Ələkbərov Sədaqət xanımın vəfatından üzüldüyünü bildirdi: "Onun ölümü məni çox üzüb. Müəlliməm olub, anamız kimi çox sevirdik". 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cenevrədə İranla bağlı danışıqlar başlayıb
Cəmiyyət 14:26
Cenevrədə İranla bağlı danışıqlar başlayıb
DSMF 1 000 manat ödənişlə bağlı yayılan məlumatın saxta olduğunu bildirib
Cəmiyyət 13:38
DSMF 1 000 manat ödənişlə bağlı yayılan məlumatın saxta olduğunu bildirib
Sabah hava çiskinli olacaq - Proqnoz
Cəmiyyət 13:03
Sabah hava çiskinli olacaq - Proqnoz
DİN əməliyyat keçirib, 51 kiloqram narkotik aşkarlanıb
Cəmiyyət 12:08
DİN əməliyyat keçirib, 51 kiloqram narkotik aşkarlanıb
Nazir: Plastik cərrahların sayı ilbəil arta bilər
Cəmiyyət 10:56
Nazir: Plastik cərrahların sayı ilbəil arta bilər
Son bir gündə 59 cinayətin üstü açılıb - DİN
Cəmiyyət 10:19
Son bir gündə 59 cinayətin üstü açılıb - DİN
Bayramov: Azərbaycan sülh istiqamətində ciddi addımlar atır
Cəmiyyət 10:11
Bayramov: Azərbaycan sülh istiqamətində ciddi addımlar atır
Nazir qəzaya uğrayan AZAL təyyarəsindən danışıb
Cəmiyyət 09:56
Nazir qəzaya uğrayan AZAL təyyarəsindən danışıb
Azərbaycan nefti ucuzlaşıb
Cəmiyyət 09:52
Azərbaycan nefti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol