• $
  • £

Putin təcili Təhlükəsizlik Şurasını topladı

Putin təcili Təhlükəsizlik Şurasını topladı
21.06.2019 22:40
"Rusiya vətəndaşlarına xəbərdarlıq edin”
Rusiya Prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Gürcüstandakı vəziyyəti müzakirə edib. Bunu jurnalistlərə açıqlamasında Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Ekstremist elementlər tərəfindən rusiyalı parlamentarilərə qarşı rusofob təxribat çox təhlükəli hal kimi dəyərləndirilib”, – deyə Peskov qeyd edib.
Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyinə tövsiyə edilib ki, "Gürcüstana gedən və orada olan turistlər də daxil olmaqla ekstremist elementlərin hərəkətləri ilə bağlı mümkün təhlükə barədə Rusiya vətəndaşlarına xəbərdarlıq edilsin”.
Qeyd edək ki, Gürcüstan müxalifəti iyunun 20-də parlament qarşısında toplaşaraq dünən Bakıya səfərə gələn parlament spikeri İrakli Kobaxidzenin istefasını tələb edib. Etirazçılar və hüquq-mühafizə orqanları əməkdaşları arasında qarşıdurma baş verib. Qarşıdurma nəticəsində 305 nəfər Gürcüstan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, etirazlar zamanı 240 nəfər yaralanıb. Baş verənlərlə bağlı Azərbaycana səfərini yarımçıq qoyaraq Tbilisiyə qayıdan İrakli Kobaxidze ölkədə baş verən son hadisələr fonunda tutduğu vəzifədən istefa verib.
Gürcüstan Baş Naziri Mamuka Baxtadze isə bəyan edib ki, Tbilisinin mərkəzində kütləvi qarşıdurmanın təşkilatçıları, bu insidentlə bağlı buraxılan səhvlərə görə həm müxalifət, həm də hakim komandanın üzvləri məsuliyyətə cəlb olunacaqlar. (Sputnik.az)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Yanacağın Hörmüz boğazı vasitəsilə ixrac axınları dayandırılıb
Dünya 15:20
Yanacağın Hörmüz boğazı vasitəsilə ixrac axınları dayandırılıb

BMT Baş katibi Türkiyədə səfərdədir
Dünya 15:11
BMT Baş katibi Türkiyədə səfərdədir

“Krokus”da terror aktı törətmiş 4 nəfərə ömürlük həbs verilib
Dünya 12:43
“Krokus”da terror aktı törətmiş 4 nəfərə ömürlük həbs verilib
İsrail Təhlükəsizlik Xidmətinin qərargahı vurulub
Dünya 12:24
İsrail Təhlükəsizlik Xidmətinin qərargahı vurulub
İranın yeni Ali Lideri Müctəba Xamenei yaralanıb - Nazirlik sözçüsü
Dünya 12:03
İranın yeni Ali Lideri Müctəba Xamenei yaralanıb - Nazirlik sözçüsü

Zelenski sabah Parisdə Makronla görüşəcək
Dünya 11:33
Zelenski sabah Parisdə Makronla görüşəcək
Tramp: İranla müharibədə qalib gəldik, amma başladığımız işi bitirməliyik
Dünya 09:36
Tramp: İranla müharibədə qalib gəldik, amma başladığımız işi bitirməliyik
“Hizbullah” İsrailə qarşı hərbi əməliyyata başlayıb
Dünya 23:42
“Hizbullah” İsrailə qarşı hərbi əməliyyata başlayıb
Пезешкиан назвал «единственный способ» закончить войну
Dünya 22:45
Пезешкиан назвал «единственный способ» закончить войну
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol