Ərdoğan 35 dəqiqədən sonra S-400-ü açıqladı: "İş bitdi"
"Bu iş bitdi. S-400-lərin təhvil prosesi gedir”.
Publika.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G20 Liderlər Zirvəsi ilə bağlı yekun təəssüratlarını jurnalistlərlə bölüşərkən deyib.
"S-400-lə bağlı bütün razılaşmalarımız bitib. Təhvil prosesində olan razılaşmadan imtina etməyimiz Türkiyə kimi ölkəyə yaraşmaz. Bu iş bitdi. Bunun üçün Türkiyəyə sanksiya tətbiq olunmayacağını Trampdan da eşitmiş olduq. İki strateji əməkdaş arasında sanksiya müzakirə mövzusu deyil, ola bilməz deyə düşünürəm”.
Ərdoğan "S-400-ləri hara yerləşdirəcəksiniz” sualına "doğulmamış uşağa don biçilməz” cavabını verib.
Türkiyə prezidenti sonda dollarla bağlı fikirlərini paylaşıb: "Dollar hər şeyi satın alırmı? Ala bilməyəcəyi şeylər olmalıdır. Qələmi, düşüncəni ala bilməməlidir”.
Qeyd edək ki, Ərdoğanla Tramp bu gün səhər saatlarında Osaka şəhərində G20 Liderlər Zirvəsi çərçivəsində 35 dəqiqəlik görüş keçirib.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
16:17
Azərbaycan “orta güc” konsepsiyası əsasında daha fəal multilateral diplomatiya aparır - Hacıyev
Siyasət
13:28
Qusenbauer: Avropa üçün dayanıqlı sülh beynəlxalq hüquqa və sərhədlərin toxunulmazlığına əsaslanmalıdır
Siyasət
10:46
"Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub"- İlham Əliyev