Prezidentdən müdafiə nazirinə təcili tapşırıq
Rusiya prezidenti Vladimir Putin Severomorskda sualtı gəmidə baş vermiş yanğında 14 dənizçinin ölümündən sonra görüşlərini təxirə salaraq Müdafiə naziri Sergey Şoyqu ilə bir araya gəlib.
"Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Putin Şoyquya bir neçə təlimat verərək onu gəminin çıxarıldığı Severomorska göndərib. Şoyqu yaradılmış komissiya ilə birlikdə hadisə yerində olmalı, qəzanın səbəbləri barədə prezidentə şəxsən məruzə etməlidir.
Ölən dənizçilərin yaxınlarına başsağlığı verən Putin qəzadan xilas olanların və ölənlərin ailələrinə hər cür dəstək göstərməyi tapşırıb.
Prezident gəmidə ölənlərlə bağlı "14 nəfərin 7-si birinci dərəcəli kapitan idi, 2-si isə "Rusiya qəhrəmanı” titulunu daşıyırdı. Bu hadisə Rusiya və ordumuz adına böyük itkidir” deyib.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər