Qarabağda vəziyyət gərginləşir
"Paşinyanın öz adamını seçki yolu ilə Dağlıq Qarabağda hakimiyyətə gətirməsi mümkün olmayacaq”, bu fikirləri Yenicag.az-a açıqlamasında Ermənistan hakimiyyəti ilə Dağlıq Qarabağın separatçı rejimi arasında qarşıdurmanın güclənməsini şərh edən politoloq Qabil Hüseynli deyib.
"Bildiyiniz kimi, separatçıların indiki rəhbəri Bako Saakyan öz postunda qalmaq niyyətində olmadığını bəyan edib. Onun yerinə çox sayda namizədlər ortaya çıxıb. Həmin namizədlərdən biri də Paşinyanın adamıdır.
Bir çoxları belə hesab edirlər ki, Paşinyan təsir imkanından istifadə edərək, öz namizədini Saakyanın yerinə əyləşdirə biləcək. Ancaq vəziyyət göstərir ki, bu çox çətin, hətta mümkünsüzdür. Çünki işğalçı ölkənin eks-prezidenti Robert Köçəryanın həbs edilməsindən sonra, Ermənistan və Dağlıq Qarabağ erməniləri arasında böyük bir uçurum yaranıb. Dağlıq Qarabağda Paşinyana nifrət çox yüksək həddədir, onu didməyə də hazırdırlar.
Bu nöqteyi-nəzərdən, Paşinyanın adamının Dağlıq Qarabağ ermənilərini yönəltmək imkanı qazanacağı real deyil. Paşinyanın dəstəklədiyi şəxsin Xankəndində hakimiyyəti götürə bilməməsi isə Ermənistan və Dağlıq Qarabağ ermənilərinin münasibətlərini daha da kəskinləşdirəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
16:17
Azərbaycan “orta güc” konsepsiyası əsasında daha fəal multilateral diplomatiya aparır - Hacıyev
Siyasət
13:28
Qusenbauer: Avropa üçün dayanıqlı sülh beynəlxalq hüquqa və sərhədlərin toxunulmazlığına əsaslanmalıdır
Siyasət
10:46
"Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub"- İlham Əliyev