• $
  • £

Putinin Türkiyədə nəhəng qələbəsi

Putinin Türkiyədə nəhəng qələbəsi
14.07.2019 22:32
"S-400” zenit-raket kompleksləri ilə əlaqədar yaranmış vəziyyət üzündən Türkiyə NATO-nu tərk edə bilər ki, bu da Rusiya prezidenti Vladimir Putinin nəhəng qələbəsidir.
Virtualaz.org xəbər verir ki, Almaniyanın "Focus Online” jurnalının eksperti Tomas Yegerin fiikrincə, Vaşinqton bu hadisəyə Türkiyəyə qarşı sanksiya tətbiq etməklə cavab verəcək, rəsmi Ankara isə bunun əvəzində hərbi-siyasi blokdan çıxa bilər.
"Alyans üçün bu, nəhəng geostrateji itki olacaq”, – Yeger yazır.
Professor qeyd edir ki, bu münaqişənin nəticəsi Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın öz siyasi gələcəyi üçün kimi qarant olaraq görməsindən asılıdır. Lakin Ankara radikal addımlara əl atmasa belə, NATO-ya artıq böyük zərbə endirilib.
Türkiyə ilə bu sövdələşmə sayəsində Rusiyanın dünyadakı nüfuzu sürətlə artmaqda davam edəcək, rusiyalı hərbçilər gizli məlumatları əldə edə biləcəklər. Tomas Yeger belə yazır.
ABŞ Türkiyəyə qarşı sanksiyaları niyə ləngidir?
Rusiyadan "S-400” zenit-raket kompleksləri aldığı üçün Türkiyəyə qarşı sanksiyalar paketi hazırlanır.
Virtualaz.org "Bloomberg”ə istinadən xəbər verir ki, Ağ Evdə üç müxtəlif variantda sanksiyalar paketi hazırdır və onlardan birini ABŞ prezidenti Donald Tramp təsdiqləməlidir.
Mənbəyə əsasən, sanksiyaların tətbiqi barədə gələn həftənin sonlarına yaxın elan olunacaq. Buna səbəb iyulun 15-də Türkiyədə 2016-cı ildə baş vermiş dövlət çevrilişinə cəhdin 3 illiyinin qeyd olunmasıdır. Ağ Evdə hesab edirlər ki, sanksiyaların elanının həmin tarixlə üst-üstə düşməsi belə təəssürat yarada bilər ki, ABŞ həmin çevrilişi dəstəkləyir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Yanacağın Hörmüz boğazı vasitəsilə ixrac axınları dayandırılıb
Dünya 15:20
Yanacağın Hörmüz boğazı vasitəsilə ixrac axınları dayandırılıb

BMT Baş katibi Türkiyədə səfərdədir
Dünya 15:11
BMT Baş katibi Türkiyədə səfərdədir

“Krokus”da terror aktı törətmiş 4 nəfərə ömürlük həbs verilib
Dünya 12:43
“Krokus”da terror aktı törətmiş 4 nəfərə ömürlük həbs verilib
İsrail Təhlükəsizlik Xidmətinin qərargahı vurulub
Dünya 12:24
İsrail Təhlükəsizlik Xidmətinin qərargahı vurulub
İranın yeni Ali Lideri Müctəba Xamenei yaralanıb - Nazirlik sözçüsü
Dünya 12:03
İranın yeni Ali Lideri Müctəba Xamenei yaralanıb - Nazirlik sözçüsü

Zelenski sabah Parisdə Makronla görüşəcək
Dünya 11:33
Zelenski sabah Parisdə Makronla görüşəcək
Tramp: İranla müharibədə qalib gəldik, amma başladığımız işi bitirməliyik
Dünya 09:36
Tramp: İranla müharibədə qalib gəldik, amma başladığımız işi bitirməliyik
“Hizbullah” İsrailə qarşı hərbi əməliyyata başlayıb
Dünya 23:42
“Hizbullah” İsrailə qarşı hərbi əməliyyata başlayıb
Пезешкиан назвал «единственный способ» закончить войну
Dünya 22:45
Пезешкиан назвал «единственный способ» закончить войну
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol