• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

DİN Prezident Administrasiyasına təklif yolladı

DİN Prezident Administrasiyasına təklif yolladı
03.09.2014 12:09
Dövlət sirrinin və hərbi məsələlərlə bağlı məlumatların yayılmasının qarşısının alınması ilə əlaqədar Daxili İşlər Nazirliyi (DİN) tərəfindən də təkliflər hazırlanıb və Azərbaycan Respublikası Prezidenti Administrasiyasına təqdim olunub. Bunu Trend-in sorğusuna cavab olaraq DİN-in mətbuat xidmətinin rəis müavini, polkovnik Ehsan Zahidov deyib.

Rəis müavini qeyd edib: "Müstəqilliyimizin ilk illərində - Silahlı Qüvvələrimizin hələ formalaşmadığı bir dövrdə milli müdafiə funksiyalarını həyata keçirən, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 1695 şəhid vermiş, 1710 nəfəri yaralanmış, 68 əməkdaşı "Milli Qəhrəman" adına layiq görülmüş daxili işlər orqanlarının əməkdaşlarına qarşı bəzi kütləvi informasiya vasitələrində aparılan "gözdənsalma" kampaniyası onları çox narahat edir. Artıq uzun illərdir ki, Azərbaycan sabitliyin, əmin-amanlığın qorunması sahəsində, eləcə də əhalinin hər yüz min nəfərinə düşən cinayətlərin sayının azlığı baxımından dünyanın öncül dövlətlərindən biridir. Bəs belə olduğu təqdirdə bəzi media orqanları tərəfindən polisə göstərilən soyuq münasibətin səbəbi nədir? Deyək ki, polisin sıralarında öz xidməti vəzifələrini layiqincə yerinə yetirməyən 3-5 nəfər olursa belə, buna görə dövlətin mühüm bir qurumunun fəaliyyətinə qara yaxmaq, onu gözdən salmağa yönəlik yazılarla ictimaiyyətə mənfi obrazda təqdim etmək nə qədər ədalətlidir? Bizə yaxşı məlumdur ki, belə münasibət hansı məqsədlərdən qaynaqlanır".E.Zahidov bildirib ki, DİN haqlı tənqidi tamamilə qəbul edir və ondan lazımi nəticə də çıxarır. Ancaq əsassız, təhqir və böhtan dolu, mahiyyətcə qərəzli yazıları heç bir vəchlə qəbul etmir: "Çünki polis öz fəaliyyətini yalnız xalqa, dövlətə və onun qanunlarına xidmət etmək amalı üzərində qurub və bu yoldan heç vaxt dönməyəcəkdir".DİN rəsmisi deyib ki, Azərbaycanda ictimai asayişi etibarlı qoruyan, cinayətkarlığa qarşı daim barışmaz mübarizə aparan, bu yolda yüzlərlə paqon yoldaşını itirən polis əməkdaşlarının Azərbaycan mətbuatından gözlədiyi yalnız bir şey var - polisin fəaliyyəti barədə ictimaiyyətə doğru-düzgün, obyektiv və dəqiqləşdirilmiş məlumatları çatdırmaq, polisdən heyif çıxmaq, şəxsi maraqlara görə və qisasçılıq niyyəti ilə uydurulmuş məlumatların, şayiələrin yayılmasına yol verməmək.Qeyd edək ki, DİN-in mətbuat xidmətinin rəis müavini bu məsələlərə avqustun 29-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi ilə keçirilən dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsində də toxunub.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Nərimanovda binanın fasadı uçub - Video
Cəmiyyət 15:16
Nərimanovda binanın fasadı uçub - Video
Pirotexniki vasitələr satan daha 26 nəfər saxlanılıb
Cəmiyyət 14:59
Pirotexniki vasitələr satan daha 26 nəfər saxlanılıb
Bakıya sulu qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
Cəmiyyət 14:48
Bakıya sulu qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
BDYPİ-dən bölgələrə səfər edən və hərəkətdə olan sürücülərə müraciət
Cəmiyyət 13:42
BDYPİ-dən bölgələrə səfər edən və hərəkətdə olan sürücülərə müraciət
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 12:46
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirib
Cəmiyyət 12:32
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirib
“Azəriqaz”dan smart kartlardakı problemlə bağlı - Açıqlama
Cəmiyyət 12:31
“Azəriqaz”dan smart kartlardakı problemlə bağlı - Açıqlama
Sabah rayonlara qar yağacaq - PROQNOZ
Cəmiyyət 12:20
Sabah rayonlara qar yağacaq - PROQNOZ
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Cəmiyyət 11:10
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol