Koçaryan məhkəmədə tapançalarını tələb etdi
Ermənistanın eks-prezidenti Robert Koçaryan Yerevanda Apellyasiya Məhkəməsinin iclasında istintaq orqanlarının ondan müsadirə etdiyi bir neçə silahın qaytarılmasını tələb edib.
Silahlar R.Koçaryandan ötən il götürülüb və hələ də hüquq-mühafizə orqanlarında qalır.
Sabiq dövlət başçısı bildirib ki, ondan götürülmüş silahlar qanunidir və onları qaytarmaq lazımdır:
"1 mart hadisələri zamanı həmin silahlardan atəş açılmayıb. Hər iki tapançanı digər ölkələrin rəhbərləri mənə hədiyyə ediblər”.
Xatırladaq ki, R.Koçaryan 2008-ci ildə Ermənistanda konstitusiya quruluşunu devirməkdə ittiham olunur.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər