• $ 1.7
  • € 2.0035
  • ₽ 0.021707
  • ₺ 0.0427
  • £ 2.336

“Onlar satqınlıq yolundan geri çəkilməlidirlər” – Ramiz Mehdiyev

“Onlar satqınlıq yolundan geri çəkilməlidirlər” – Ramiz Mehdiyev
02.09.2014 11:00
“Azərbaycanın sürətli inkişafı, güclü, yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilməsi, ölkəmizin regionda aparıcı rolu, qlobal siyasətdə, beynəlxalq təşkilatlar çərçivəsində fəallığı müəyyən xarici qüvvələri, xüsusilə də Ermənistanı, erməni lobbisini və onun maraqlarını təmin edən ayrı-ayrı dairələri ciddi narahat edir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev media rəhbərləri ilə görüşündəki çıxışında deyib. R. Mehdiyev bildirib ki, son bir neçə ildə ölkəmizə qarşı aparılan davamlı kampaniyanın əsasında da məhz bu amil durur: “Etiraf etməliyik ki, Azərbaycanda mövcud olan tolerant mühitdən, demokratik ab-havadan, hakimiyyətin humanist siyasətindən sui-istifadə edən bu dairələr ayırdıqları maliyyə hesabına ölkəmizin daxilində müxtəlif qeyri-hökumət təşkilatlarından və KİV-lərdən ibarət öz dayaq nöqtələrini, “5-ci kolon”unu formalaşdırmağa nail olublar. Sxem çox sadədir. Həmin QHT-lər və KİV-lər müvafiq tapşırıq əsasında Azərbaycanın daxili və xarici siyasətini ləkələmək məqsədi güdən, əsassız, subyektiv mülahizələrdən ibarət, bir çox hallarda isə iftira xarakterli donoslar hazırlayır və ölkəmizə qarşı qərəzli münasibəti ilə seçilən xarici təşkilatlara göndərir, onların əsasında da həmin qurumların bəyanatları hazırlanır və yayılır. Növbəti mərhələdə bu yalanlar müxtəlif rəsmi dairələrin tribunalarından səsləndirilir və hesabatlara daxil edilir. Absurd “siyasi məhbus” siyahıları, guya insan hüquqlarının pozulması, vətəndaş cəmiyyəti institutlarına və KİV-lərə, jurnalistlərə “təzyiqlər” barədə uydurmalar, bütün dünyada mövcud olan korrupsiya probleminin məhz Azərbaycanda əsassız şəkildə şişirdilməsi və digər məsələlər bu məqsədyönlü, təxribat xarakterli fəaliyyətin, işbirliyinin nəticəsidir.Azərbaycan dövlətini gözdən salmaq, əldə olunmuş böyük nailiyyətlərə qara yaxmaq, əsassız, uydurma məsələləri qabardaraq Azərbaycan ictimaiyyətini çaşdırmaq “Azadlıq” qəzeti, “Azadlıq” radiosu və digər bir çox müxalifət mediasının fəaliyyətinin başlıca qayəsini təşkil edir. Nə qədər absurd olsa da, onların məntiqindən belə çıxır ki, bu günə kimi Azərbaycanda müasirliyə doğru, demokratiya yolunda heç bir müsbət iş görülməyib. Onların əsas hədəfi Azərbaycanı ölkə və dünya ictimaiyyətinə “dəhşətli obraz”da təqdim etməkdir. Təsadüfi deyil ki, belə media orqanlarının fəaliyyəti hətta tanınmış xarici jurnalistlərin də kəskin etirazı ilə qarşılanır.Azərbaycanda bəzi siyasiləşmiş QHT-lərin xarici dairələrə agentlik kimi səciyyələndirilə biləcək fəaliyyəti də hiddət doğurmaya bilməz. Sülh və Demokratiya İnstitutu, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, Hüquq Maarifçiliyi Cəmiyyəti, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi və bu kimi digər təşkilatlar yüksək qrantlar müqabilində, insan hüquqlarının müdafiəsi adı altında xarici təşkilatlara, dairələrə donoslar göndərməklə, Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatlarda ölkəmizə qarşı kampaniyalar təşkil etməklə məşğuldurlar. Bu şəbəkənin əsas fəaliyyət istiqamətlərindən biri də Azərbaycan dövləti, hakimiyyətin siyasəti haqqında müsbət mövqedə olan və müsbət fikirlər səsləndirən ictimaiyyət nümayəndələrini, ziyalıları, habelə Azərbaycana dost münasibəti olan xarici təşkilatları, ekspertləri gözdən salmaq, onlara qarşı inamsızlıq yaratmaqdır. İctimaiyyətimiz dəfələrlə onların xaricdə Azərbaycana qarşı səsləndirilən və ya xarici mediada Azərbaycanın əleyhinə dərc olunan mənfi fikirləri, materialları necə “sevinclə” qarşıladıqlarının, yaxud da ölkəmizin beynəlxalq arenada növbəti uğurundan necə məyus hala düşdüklərinin şahidi olub.Baxın, Əkrəm Əylislinin məlum ermənipərəst “Daş yuxular” yazısı Azərbaycan ictimaiyyətinin hiddətinə, vətəndaşların kəskin etirazlarına səbəb olduğu halda, bəzi müxalif qruplar və məlum antiazərbaycan şəbəkə onun müdafiəsinə qalxmış, guya Azərbaycanda insanların öz fikirlərinə görə təzyiq və təqiblərə məruz qaldığı iddia etmiş, xarici təşkilatlara müvafiq donoslar göndərmişlər. Sülh və Demokratiya İnstitutu adlı qurumun rəhbəri Leyla Yunus erməni xüsusi xidmət orqanları ilə işbirliyində, dövlətə xəyanətdə və digər cinayətlər törətməkdə şübhəli bilinərək həbs olunur, müxalif dairələr və məlum şəbəkə isə onun müdafiəsini təşkil edirlər.Onlar belə satqınlıq, düşmənçilik yolundan geri çəkilməlidirlər və öz şəxsi və korporativ maraqlarını Azərbaycanın milli mənafelərindən, dövlətimizin nüfuzundan üstün tutmamalıdırlar. Əks halda cəmiyyətin kəskin qınağına məruz qalacaq, qanunları pozduqlarına, yalan məlumat yaydıqlarına, agent fəaliyyəti göstərdiklərinə görə müvafiq qaydada məsuliyyətə cəlb olunacaqlar”.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Mirziyoyevlə görüşündən paylaşım edib - Video
Siyasət 00:01
Prezident Mirziyoyevlə görüşündən paylaşım edib - Video
Prezidentlər “Sea Breeze” istirahət mərkəzində
Siyasət 21:00
Prezidentlər “Sea Breeze” istirahət mərkəzində
Rusiyanın rəsmi müraciətlərinə Azərbaycan tərəfindən cavab verilmədiyi iddiaları əsassızdır - XİN
Siyasət 20:27
Rusiyanın rəsmi müraciətlərinə Azərbaycan tərəfindən cavab verilmədiyi iddiaları əsassızdır - XİN
Azərbaycan və Almaniya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 20:19
Azərbaycan və Almaniya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Bakıda Özbəkistan səfirliyinin yeni binası açılıb
Siyasət 18:30
Bakıda Özbəkistan səfirliyinin yeni binası açılıb
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
Siyasət 18:10
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
Moskvanı müvafiq tədbirlər görməyə çağırırıq - XİN
Siyasət 17:13
Moskvanı müvafiq tədbirlər görməyə çağırırıq - XİN
Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib
Siyasət 16:39
Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib
Rusiya və Azərbaycan hüquq-mühafizə rəhbərləri müzakirələr keçirir
Siyasət 14:32
Rusiya və Azərbaycan hüquq-mühafizə rəhbərləri müzakirələr keçirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol