• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Saakaşvili haqqında ŞOK QƏRAR

Saakaşvili haqqında ŞOK QƏRAR
01.09.2014 09:50
Gürcüstan hökuməti bu ölkənin sabiq prezidenti Mixail Saakaşvilinin beynəlxalq axtarışa verilməsi ilə bağlı rəsmi hüquqi prosedurlara başlayıb.Bu barədə Gürcüstanın “Rustavi-2” telekanalı məlumat yayıb. Telekanala bu məlumatı isə Gürcüstan Baş Prokurorluğunun ictimaiyyətlə əlaqələr departamenti rəhbərinin müavini Natiya Suxiaşvili verib. Yada salaq ki, Gürcüstanın sabiq prezidentinə qarşı ölkəsində rəsmi ittiham irəli sürülüb və barəsində qiyabi hökm çıxarılıb. M.Saakaşvili bir çox maddələrlə suçlanır. Ona qarşı artıq 2005-ci ildə deputat Valeri Qelaşviliyə sui-qəsdin təşkil edilməsi işi üzrə ittiham irəli sürülüb.  Bundan başqa, Mixail Saakaşvili keçmiş daxili işlər naziri Vano Merabişvili ilə birlikdə vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilir. Bu ittihamlar 2007-ci il 7 noyabr mitinqinin dağıdılması, “İmedi” telekanalına müdaxilə etmək və mülkiyyətin qeyri-qanuni yolla başqasına verilməsi ilə bağlıdır. Sabiq prezident dövlət vəsaitini mənimsəməkdə və israf etməkdə də ittiham olunur. 

Saakaşvili hazırda Gürcüstanda yaşamır. O, ABŞ-da işləyir, Qərb ölkələrində yaşayır. Sabiq prezident Qərb ölkələrindən siyasi sığınacaq istəməkdən imtina edib. (Virtualaz.org)

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Cənubi Koreyanın sabiq prezidentinin həbsi daha 6 ay uzadılıb
Dünya 17:17
Cənubi Koreyanın sabiq prezidentinin həbsi daha 6 ay uzadılıb
Türkiyənin "qırmızı bülleten"lə beynəlxalq axtarışa verdiyi 40 şəxs ölkəyə ekstradisiya olunub
Dünya 09:25
Türkiyənin "qırmızı bülleten"lə beynəlxalq axtarışa verdiyi 40 şəxs ölkəyə ekstradisiya olunub
Həmədanda etirazçılar Qurani Kərimi yandıraraq məscidə hücum ediblər
Dünya 09:11
Həmədanda etirazçılar Qurani Kərimi yandıraraq məscidə hücum ediblər
COP31 9-20 noyabr tarixlərində Antalyada keçiriləcək
Dünya 08:58
COP31 9-20 noyabr tarixlərində Antalyada keçiriləcək
Türkiyənin 31 əyalətində qarlı hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Dünya 22:00
Türkiyənin 31 əyalətində qarlı hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
“Parisin son kraliçası” vəfat edib
Dünya 21:30
“Parisin son kraliçası” vəfat edib
İtaliyada Yeni il gecəsi fişəng partlaması nəticəsində bir nəfər ölüb, 283 nəfər yaralanıb
Dünya 20:06
İtaliyada Yeni il gecəsi fişəng partlaması nəticəsində bir nəfər ölüb, 283 nəfər yaralanıb
Alyaskada güclü zəlzələ baş verib
Dünya 19:30
Alyaskada güclü zəlzələ baş verib
MKİ: Ukrayna Putinin Valdaydakı iqamətgahını hədəf almayıb
Dünya 19:00
MKİ: Ukrayna Putinin Valdaydakı iqamətgahını hədəf almayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol