• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

İlhamla Fərizənin anaları prezidentə müraciət etdi

İlhamla Fərizənin anaları prezidentə müraciət etdi
29.08.2014 13:41
İlham və Fərizənin məzarlarının təhqir edilməsi ilə bağlı şəhid anaları prezidentə müraciət edib."Qafqazinfo"ya daxil olan məlumata görə, 20 yanvar şəhidləri, bir müddət əvvəl məzarları təhqir edilmiş İlhamla Fərizənin anaları Ofeliya İbrahimova və Bağda Nəbiyeva baş verən hadisə ilə bağlı Azərbaycanın prezidenti İlham Əliyevə müraciət ediblər.Müraciətdə deyilir: "Hörmətli, Prezident! 20 yanvar şəhidlərinin, sevginin, sədaqətin simvoluna çevrilmiş İlham və Fərizənin məzarlarının təhqir edilməsi hamı kimi bizi də çox sarsıdıb. Təəssüf ki, bu vandalizmin kimlər tərəfindən törədilməsinin üstü hələ də açılmayıb və haqlı olaraq ölkə vətəndaşları bu vandalizmə öz etirazını bildirməkdədir. Şəhidlərimizin qəbirlərinin təhqir edilməsi dəhşətli hadisədir. Bunu ancaq erməni və ya erməni xislətlilər edər. Belə bir hadisənin baş verməsi ağla gələn iş deyil. Azərbaycanda bütöv bir nəslin qanlı yanvar hadisəsinin ağrısı ilə böyüdüyü bir zamanda hansısa bir şərəfsizin (yaxud şərəfsizlərin) aramızda yaşaması dəhşətlidir və bu yolverilməzdir. Belələri istədikləri vaxt istənilən qeyri-insani hərəkətlərə yol verərlər. İnsanlıq adına, etikasına sığmayan bu hərəkət gözünün ağını-qarasını itirmiş bizi anaların ürəyinə daha ağır dağ çəkib. Ana ürəyi haradasa oğul-qız itkisinə dözə bilər, amma canlarını vətən üçün fəda etmiş İlhamla Fərizənin qəbirlərinin təhqir edilməsinə dözə bilmir! O ürək ah-nalə püskürər, onun təlatümü zəlzələdən lərzə gələn torpaq iniltisi qədər dəhşətli olar.Məlumdur ki, hüquq-mühafizə orqanları hadisə ilə bağlı cinayət işi qaldırıb. Heç bir şübhəmiz yoxdur ki, cinayətkarlar Sizin göstərişiniz və ciddi nəzarətiniz sayəsində tapılacaq və ən layiqli cəzaların alacaqlar. İlham və Fərizənin - onların timsalında bütün şəhidlərin - ismətini qorumaq hamımızın borcudur. Bu mənada çox istərdik ki, bu biabırçı hadisədən sonra onların qəbirlərinin üstü yenidən götürülsün, baş və sinə daşları təzələnsin.Həm də təklif olaraq demək istəyirik ki, Şəhidlər Xiyabanına müşahidə kameralar yerləşdirilsin.Dərin hörmətlə, İlhamla Fərizənin anaları Ofeliya İbrahimova və Bağda Nəbiyeva"

Qeyd edək ki, iki gün öncə "20 yanvar" Cəmiyyəti də baş vermiş hadisə ilə bağlı Azərbaycanın Daxili İşlər naziri Ramil Usubova və Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri Eldar Mahmudova müraciət edib.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Son günlər kiberdələduzluq halları artıb - DİN
Cəmiyyət 16:26
Son günlər kiberdələduzluq halları artıb - DİN
Nərimanovda binanın fasadı uçub - Video
Cəmiyyət 15:16
Nərimanovda binanın fasadı uçub - Video
Pirotexniki vasitələr satan daha 26 nəfər saxlanılıb
Cəmiyyət 14:59
Pirotexniki vasitələr satan daha 26 nəfər saxlanılıb
Bakıya sulu qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
Cəmiyyət 14:48
Bakıya sulu qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
BDYPİ-dən bölgələrə səfər edən və hərəkətdə olan sürücülərə müraciət
Cəmiyyət 13:42
BDYPİ-dən bölgələrə səfər edən və hərəkətdə olan sürücülərə müraciət
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 12:46
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirib
Cəmiyyət 12:32
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirib
“Azəriqaz”dan smart kartlardakı problemlə bağlı - Açıqlama
Cəmiyyət 12:31
“Azəriqaz”dan smart kartlardakı problemlə bağlı - Açıqlama
Sabah rayonlara qar yağacaq - PROQNOZ
Cəmiyyət 12:20
Sabah rayonlara qar yağacaq - PROQNOZ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol