• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Mübariz Mənsimovdan sillə kimi cavab: Rəsulzadə adı nədən sizə belə ağır gəldi? - FOTO/VİDEO

Mübariz Mənsimovdan sillə kimi cavab:  Rəsulzadə adı nədən sizə belə ağır gəldi? - FOTO/VİDEO
14.08.2019 16:30
"MAMMAD AMİN RESULZADEH” gəmisini vuran "Doric Warrior” gəmisi barəsində İstanbul prokurorluğunda cinayət işi açılıb.

Anews.az xəbər verir ki, bu barədə Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı Mübariz Mənsimov məlumat yayıb.

Onun sözlərinə görə, Gəmi barəsində həbs qətimkan tədbiri seçilib. "Əminəm ki, dünənki hadisəyə sevinən bəzi adamların nurdan məhrum üzləri daha da qaralacaq. Şaddıqlarından çürük və dayaz fantaziyalarını işə salıb gah yazıblar ki, gəmi yükludür, gah da yaziblar ki, gəmi köhnədir. Gülürəm bu yazdıqlarınıza, bunların toqquşma ilə nə əlaqəsi var? "Gəmi köhnədir” yazırsız… Mən yoruldum deməkdən ki, gəmi tanker idi və bütün yeni və müasir standartlarla quru yük gəmisinə konversiya edilib. Yəni "MAMMAD AMİN RESULZADE” gəmisi o qədər yenidir ki, hətta bəzilərindən daha uzun ömür sürəcək. "MAMMAD AMİN RESULZADE” adı nədən sizə belə ağır gəldi? Siz özünüzdən soruşun ki, bu ad üçün siz nə etmisiz?! Bu gəmi Çox böyük bir şirkətlə mügavile bağlanmışdı ve buna əsasən, gəmimiz ilk yükünü daşımaq üçün səfərə hazırlaşırdı. Arzunuzu ürəyinizdə qoyacam, çünki 3-4 günə gəmi yenidən hazır olacaq",- deyə Mənsimov bildirib.

İş adamı qeyd edib ki, bir mühüm məsələni də vurğulamaq istəyirəm. Məndən tez-tez soruşurlar ki, nəyə görə məhz indi gəmiyə "MAMMAD AMİN RESULZADE” adı qoyulur? Cavab çox sadədir. "Palmali” şirkəti hələ 1996-cı ildə aldığı "Omsk” adlı gəminin adını dəyişdirərək "Məmməd Əmin Rəsulzadə” qoymuşdu. Yəni, "Palmali”nin ilk 5 gəmisindən biri Azərbaycan xalqının dahi liderinin adını daşıyıb. Sonradan bu gəmi "Kend Shipping” şirkətinə satıldı. Ona görə yazdığınız mənasız xəbərlərə görə, minnətdaram, sayənizdə gözel cavabınızı da aldınız. Söz qalmadı sizə deməsinlər. Elin gözü tərəzidir və sadə insanlar sizin çirkin əməllərinizə qarşı yağdırdıqları nifrət, qəzəb dolu sözləri ilə bir daha sübut etdilər ki, bu tərəzidə sizin mənəviyyatınız, kişiliyiniz, mənliyiniz sıfırdan yuxarı qalxmağa qadir deyil.

Mübariz Mənsimov əlavə edib ki, deyirsiz ki, gəmilərə görkəmli şəxsiyyətlərin adlarını verməklə özümü reklam edirəm. Amma bunu bilin ki, men sizin səviyyənizdə deyiləm. Mən hər zaman, nə qədər ki, sağam, vətənimə xalqıma xidmət edəcəm. Bu qədər ucuz olmayın, bir Müharibədirsə, onu da kişi kimi aparın, belə ucuz və əskik metodlarla deyil. Mənim adım Mübarizdir, mən Mubarizəni severim bunu unutmayın.
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dənizdə batma təhlükəsində olan şəxs xilas edilib - Video
Cəmiyyət 15:10
Dənizdə batma təhlükəsində olan şəxs xilas edilib - Video
Bakıda ağacı avtobusun üzərinə aşırdı - Video
Cəmiyyət 14:15
Bakıda ağacı avtobusun üzərinə aşırdı - Video
Qazaxda minik avtomobili aşıb, ölən var
Cəmiyyət 13:39
Qazaxda minik avtomobili aşıb, ölən var
Yağış yağacaq, yüksək dağlıq ərazilərə dolu düşəcək - Sabahın havası
Cəmiyyət 12:33
Yağış yağacaq, yüksək dağlıq ərazilərə dolu düşəcək - Sabahın havası
Laçında yük maşını dərəyə aşıb
Cəmiyyət 10:49
Laçında yük maşını dərəyə aşıb
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Kürdəmir sakinini qatar vuraraq öldürüb
Cəmiyyət 09:52
Kürdəmir sakinini qatar vuraraq öldürüb
Binəqədidə sexdə yanğın olub
Cəmiyyət 09:29
Binəqədidə sexdə yanğın olub
Binəqədidə sexdə yanğın olub
Cəmiyyət 09:29
Binəqədidə sexdə yanğın olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol