Poroşenko Türkiyəyə səfərini təxirə saldı - Gərginlik
Rusiya qoşunlarının qarşısını almaq üçün planlar hazırlanacaq
Ukrayna prezidenti Pyotr Poroşenko Türkiyə səfərini təxirə salaraq ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclasını çağırıb. Buna səbəb Rusiya Qoşunlarının Ukraynaya müdaxilə etməsidir.
ANS PRESS-in məlumatına görə, bu barədə prezidentin rəsmi saytında yer alan xəbərdə bildirilir.
“Mən Donetsk vilayətində vəziyyətin qəfildən dəyişməsi, yəni bölgəyə Rusiya qoşunlarının daxil olması ilə əlaqədar Türkiyəyə işgüzar səfərimi təxirə salıram”, - deyə Poroşenko bildirib.
Prezident həmçinin bəyan edib ki, bu gün Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclası keçiriləcək. İclasda hücumların qarşısını almaq üçün planlar nəzərdən keçiriləcək.
ANN.Az