Ukrayna 2020-ci ilə AB-yə qəbul olunacaq
Bu barədə Ukrayna prezidenti Petro Poroşenko bildirib
Ukrayna prezidenti güman edir ki, ölkəsi 2020-ci ilə Avropa Birliyinə daxil olacaq.
ANS PRESS-in məlumatına görə, bu barədə o 27 avqustda keçirilən partiyasının növbədənkənar iclasında qeyd edib.
“Strategiyamızın hədəfində 2020-ci ildə Ukraynanın AB-yə üzv olmasıdır. Dünyada Ukraynanın nüfuzu hələ heç vaxt belə çox olmayıb. Bu günə kimi Ukrayna bütün dünyanı özünə kömək etmək üçün mobilləşdirə bilməmişdi”, - deyə Poroşenko bildirib.
Qeyd edək ki, Ukrayna lideri yaxınlarda Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə yüksək nümayəndəsi Ketrin Eşton ilə görüşüb. Görüş zamanı Poroşenko xəbər verib ki,Ukraynanın Avropa İttifaqı ilə Assosiasiya Sazişi sentyabr ayında ratifikasiya olunacaq. O həmçinin bildirib ki, saziş Ukraynanın qonşu ölkələrlə də əsasən iqtisadi olan əməkdaşlığına töhfə verəcək.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bildirib ki, Ukrayna ilə Aİ arasında sazişdən sonra ölkəsi 100 milyard rubla yaxın (21800000 AZN) ziyan edəcək. Bundan əlavə onun sözlərinə görə Belorusiya və Qazaxstan iqtisadiyyatına da ziyan dəyəcək. Putin bildirib ki, Ukraynanın Aİ-dən gələn mallara rüsumunun sıfıra endirilməsi nəticəsində Ukrayna bazarında avropa mallarının artımı baş verəcək.
ANN.Az