• $
  • £

Yaponiya Sakit okeana radioaktiv maddə axıdır

Yaponiya Sakit okeana radioaktiv maddə axıdır
11.09.2019 12:19
Yaponiya Fukusima AES-də (atom elektrik stansiyasında) 2011-ci ildə baş vermiş qəza zamanı yığılıb qalmış və radioaktiv maddələrlə çirklənmiş suları Sakit okeana axıdacaq. Bu prosesi Tokio elektrik stansiyası həyata keçirəcək.  Bu barədə sentyabrın 10-da Yaponiyanın ətraf mühit naziri danışıb. 
 
Tokio elektrik stansiyası (TEPCO) soyutma borularından bir milyon tondan artıq su toplamışdır. Həmin soyutma boruları 2011-ci il sunamisi və zəlzələsi nəticəsində zədələnmiş zavodun yanacaq nüvələrini əriməkdən qorumaq üçün istifadə olunurdu. Boşaldılma prosesi 2022-ci ilə qədər tamamlanacaq. 
 
Yosiaki Harada Tokiodakı brifinqdə bildirib ki, radioaktiv tullantını dənizə axıdıb maye halına gətirmək yeganə çıxış yoludur. Onun bu sadə təklifi hələ hökümətdə müzakirə olunacaq və son qərarı ekspertlər verəcək.
 
Cənab Harada okeana nə qədər tullantı suyunun axıdılacağını açıqlamayıb. 
 
Sahilyanı atom elektrik stansiyaları okeana tərkibində tritium maddəsi olan tullantılar buraxırlar. Tritium parçalanması çətin olan hidrogen izotopudur və zərərli təsiri nisbətən azdır.
 
Dünyanın hər yerində tritiumlu su əslində AES-lərin fəaliyyətinin nəticəsidir. Bu sular durulaşdırılaraq açıq su hövzələrinə buraxılır.
 
Yaponiyanın Nazirlər Kabinetinin katibi Yoşihide Suqa ayrıca mətbuat brifinqində cənab Haradanın sözlərini onun şəxsi fikirləri hesab etdiyini deyib. Müəssisənin sözçüsü isə bildirib ki, TEPCO bu məsələdə müstəqil hərəkət etmək əvəzinə hökümətin qəbul etdiyi qərara əməl edəcək. 
 
Tullantıların okeana atılmasına hər hansı bir razılıq qonşu ölkələri qəzəbləndirə bilər. Məsələn, ötən ay Yaponiyanın Cənubi Koreyadakı ali səfiri ölkəsinin Fukisimadakı tullantı suları ilə nə edəcəyi barədə izahat verməli olmuşdu.
 
İkitərəfli münasibətlərin həssaslığına görə adının çəkilməsini istəməyən bir cənubi koreyalı diplomat Reuters-ə bu sözləri deyib: "Tokio ilə müzakirələrin davam etdiriləcəyinə və bundan sonra heç bir xoşagəlməz xəbərlə üzləşməyəcəyimizə ümid edirik." 
 
Cənubi Koreyanın xarici işlər naziri öz bəyənatında Yaponiyanı bu məsələdə ağıllı və ehtiyatlı şəkildə qərar qəbul etməyə çağırıb. 
 
İki Şərqi Asiya ölkəsi arasınadakı münasibətlər hələ bundan əvvəl, İkinci Dünya Müharibəsi vaxtı yapon zavodlarında işədilməyə məcbur edilmiş koreyalılara kompensasiya ödənilməsi ilə bağlı yaranmış mübahisə nəticəsində korlanmışdı. 
 
Həmçinin balıqçıların da narazılığı ilə üzləşən TEPCO ötən il etiraf edib ki, çənlərdə tritiumdan başqa həm də digər çirkli radioaktiv maddələr saxlanılır. 
 
"Bu problemin öhdəsindən gəlmək üçün hökümət ancaq ətraf mühit üçün münasib olan variantı seçməlidir. Uzun müddət saxlanılma və radioaktiv maddələrin, o cümlədən tritiumun kənarlaşdırılması da həmin variantın içində olmalıdır." Greenpeace Germany-nın nüvə üzrə ali mütəxəssisi Şon Berni elektron poçtunda belə qeyd edib. 
 
Məhəmməd Hüseynov
 
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə XİN-dən Qara dənizdə türk tankerinə edilən hücumla bağlı- Açıqlama
Dünya 22:31
Türkiyə XİN-dən Qara dənizdə türk tankerinə edilən hücumla bağlı- Açıqlama
Maduroya qarşı ittihamlar qüvvədə qalır, məhkəmə xərcləri mübahisəsi davam edir
Dünya 22:06
Maduroya qarşı ittihamlar qüvvədə qalır, məhkəmə xərcləri mübahisəsi davam edir
Oskar mükafat alan filmin nümayişi Rusiyada qadağan edilib
Dünya 20:10
Oskar mükafat alan filmin nümayişi Rusiyada qadağan edilib
İran mənə yeni Ali Lider olmağı təklif edib -Tramp
Dünya 18:00
İran mənə yeni Ali Lider olmağı təklif edib -Tramp
Qarabağda sonadək döyüş aparılması barədə iddialar mifdir, qaçıblar –Paşinyan
Dünya 14:40
Qarabağda sonadək döyüş aparılması barədə iddialar mifdir, qaçıblar –Paşinyan
Abbas Əraqçi Azərbaycan və Ermənistana təşəkkür edib
Dünya 12:32
Abbas Əraqçi Azərbaycan və Ermənistana təşəkkür edib
Türkiyənin neft tankeri dronla vurulub
Dünya 09:50
Türkiyənin neft tankeri dronla vurulub
Vens 7-8 apreldə Macarıstana səfər etməyi planlaşdırır
Dünya 08:58
Vens 7-8 apreldə Macarıstana səfər etməyi planlaşdırır

KİV: Tramp hər gün İrana zərbələrə dair videolara baxır
Dünya 21:30
KİV: Tramp hər gün İrana zərbələrə dair videolara baxır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol