• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Araz Ağalarova 15 milyardlıq zərbə

Araz Ağalarova 15 milyardlıq zərbə
25.08.2014 09:20
Kalininqrad Dünya Çempionatı-2018 oyunlarının keçiriləcəyi Rusiya şəhərləri arasında yer almayacaq.Virtualaz.org xəbər verir ki, bu barədə Kalininqrad vilayət hökumətindəki mənbə RBC agentliyinə bildirib. Mənbə deyib ki, buna səbəb Kalininqradda stadion tikintisi layihəsinin həddən artıq baha başa gəlməsi və 15 milyard rubl limitini keçməsidir. Stadion tikintisi layihəsi nüfuzlu azərbaycanlı milyarder Araz Ağalarovun “Crocus Group” şirkətlər qrupuna həvalə edilmişdi.Mənbənin bildirdiyinə görə hazırda hökumətdə aparılan müzakirələr nəticəsində belə qənaət hasil olub ki, Kalininqrad futbol üzrə dünya çempionatının oyunlarının keçiriləcəyi şəhərlər sırasından çıxarılsın. Federal rəsmi bildirib ki, suallar daha çox stadionun layihəsinə yönəlib. Belə ki, stadionun tikintisi üçün şəhərin mərkəzində əvvəllər bataqlıq olan ərazidən 200 hektar yer ayrılıb. Bu ərazidə heç vaxt tikinti aparılmayıb.Hakimiyyət şəhərin inkişafına stimul vermək üçün yeni stadionun tikintisini planlaşdırmışdı. “Lakin inşaatçıların ilkin hesablamalarına görə bu ərazini tikintiyə hazırlamaq üçün 2 min qırxmetrlik svay lazımdır. Svaylar vurulandan sonra onların üzərində yeni ada yaradılacaq. Bu işlər neçəyə başa gələcək, heç kim bilmir” deyə mənbə bildirib.“Crocus Group” şirkətinin nümayəndəsi isə deyib ki, stadion layihəsində işlərin dayandırılması barədə onlarda hələlik rəsmi informasiya yoxdur.Rusiya dünya çempionatının oyunlarını 12 stadionda keçirməyi planlaşdırırdı. Bu yaxınlarda FİFA prezidenti Yozef Blatter Rusiya prezidenti Vladimir Putinlə görüşüb və stadionların çempionata qədər başa çatdırılması məsələsi müzakirə olunub. Rusiya mətbuatı yazır ki, görüşdə iki stadionla bağlı problem yarandığı bildirilib. Bunlardan biri Araz Ağalarovun tikməyə hazırlaşdığı Kalininqrad stadionu, digəri isə Putinin dostu Gennadi Timçenkonun şirkətinin Volqoqradda tikəcəyi stadiondur. Volqoqrad stadionunun tikintisi ona görə məqsədəuyğun hesab edilmir ki, zəruri nəqliyyat və otel infrastrukturu yoxdur.Araz Ağalarov Kalininqradda stadion üçün ayrılmış ərazinin bataqlıq olduğunu və tikintinin 15 milyard rubl limitini keçəcəyini bundan əvvəl federal rəsmilərə bildirib. İdman naziri Vitali Mutko isə deyib ki, əsas məsələ podratçı şirkətin qazancı yox, imicidir və layihəyə büdcədən əlavə vəsait ayırmaq imkanı yoxdur.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya Xarkova zərbə endirib, 12 nəfər xəsarət alıb
Dünya 18:23
Rusiya Xarkova zərbə endirib, 12 nəfər xəsarət alıb
Cənubi Koreyanın sabiq prezidentinin həbsi daha 6 ay uzadılıb
Dünya 17:17
Cənubi Koreyanın sabiq prezidentinin həbsi daha 6 ay uzadılıb
Türkiyənin "qırmızı bülleten"lə beynəlxalq axtarışa verdiyi 40 şəxs ölkəyə ekstradisiya olunub
Dünya 09:25
Türkiyənin "qırmızı bülleten"lə beynəlxalq axtarışa verdiyi 40 şəxs ölkəyə ekstradisiya olunub
Həmədanda etirazçılar Qurani Kərimi yandıraraq məscidə hücum ediblər
Dünya 09:11
Həmədanda etirazçılar Qurani Kərimi yandıraraq məscidə hücum ediblər
COP31 9-20 noyabr tarixlərində Antalyada keçiriləcək
Dünya 08:58
COP31 9-20 noyabr tarixlərində Antalyada keçiriləcək
Türkiyənin 31 əyalətində qarlı hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Dünya 22:00
Türkiyənin 31 əyalətində qarlı hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
“Parisin son kraliçası” vəfat edib
Dünya 21:30
“Parisin son kraliçası” vəfat edib
İtaliyada Yeni il gecəsi fişəng partlaması nəticəsində bir nəfər ölüb, 283 nəfər yaralanıb
Dünya 20:06
İtaliyada Yeni il gecəsi fişəng partlaması nəticəsində bir nəfər ölüb, 283 nəfər yaralanıb
Alyaskada güclü zəlzələ baş verib
Dünya 19:30
Alyaskada güclü zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol