• $
  • £

Kapital Bank və Boğaziçi Universitetindən bir ilk!

Kapital Bank və Boğaziçi Universitetindən bir ilk!
29.05.2020 05:32
Kapital Bank-ın İnsan Kapitalı Akademiyası dünyanın nüfuzlu universitetlərindən olan və Türkiyədə yerləşən Boğaziçi Universiteti ilə unikal bir yeniliyə imza atıb. "Mükəmməl Menecment” adı altında gerçəkləşən mini-MBA formatında keçirilən liderlik inkişaf proqramı bankın kadr potensialının gücləndirilməsi məqsədi daşıyır. Bankın müxtəlif rəhbər vəzifələrində çalışan 18 əməkdaşı 7 ay ərzində universitetin professor-müəllimlərindən və bankın təcrübəli ekspertlərindən ibarət heyət tərəfindən tədris alıb, imtahanlarda iştirak edib və sonda araşdırma layihəsi hazırlayıblar.
 
6 sentyabr 2019-cu il tarixində İstanbul şəhərində proqramın bağlanış mərasimi – "Məzun tədbiri” keçirilib. Tədbiri giriş sözü ilə açan Kapital Bank-ın İdarə Heyəti sədri Rövşən Allahverdiyev proqramın əhəmiyyətindən danışıb və Bank üçün əməkdaşlara investisiyanın ən prioritet istiqamət olduğunu vurğulayıb.
 
Daha sonra Boğaziçi Universitetinin rektoru, professor Mehmed Özkan iki təşkilat arasında əməkdaşlığın qarşılıqlı faydasından bəhs edib və bu əməkdaşlığı ölkələr arasındakı qardaşlığın nümunəsi adlandırıb. "Məzun tədbiri” iştirakçıların diplomlarla təltif olunması və universitetdə keçirilən qeyri-rəsmi hissə ilə tamamlanıb.
 
Qeyd edək ki, Kapital Bank-ın İnsan Kapitalı Akademiyası 14 sentyabr 2018-ci tarixində yaranıb və korporativ universitet modeli üzrə fəaliyyət göstərən ən böyük təsisatlardan biridir.
 
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 100 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:15
Avro və rubl ucuzlaşıb - Məzənnə
Ötən il tenderlərin ümumi həcmi 10 milyard manatı keçib
İqtisadiyyat 08:52
Ötən il tenderlərin ümumi həcmi 10 milyard manatı keçib
Azərbaycanda özəl pensiya fondlarının yaradılması gözlənilir
İqtisadiyyat 15:22
Azərbaycanda özəl pensiya fondlarının yaradılması gözlənilir
Azərbaycan neftinin qiyməti 109 dolları keçib
İqtisadiyyat 09:00
Azərbaycan neftinin qiyməti 109 dolları keçib
Avtobuslarda yeni qiymətlər müəyyənləşdi- CƏDVƏL
İqtisadiyyat 17:34
Avtobuslarda yeni qiymətlər müəyyənləşdi- CƏDVƏL
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə6%-dək endirim
İqtisadiyyat 16:33
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə6%-dək endirim
Cəlilababdda 5 mindən çox abonent hələ də qazsız qalıb - deputat
İqtisadiyyat 15:08
Cəlilababdda 5 mindən çox abonent hələ də qazsız qalıb - deputat
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
İqtisadiyyat 15:01
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir
İqtisadiyyat 12:52
Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol