• $
  • £

Bakı metrosu qış qrafikinə keçir

Bakı metrosu qış qrafikinə keçir
11.09.2019 22:30
Yeni tədris ilinin başlanması, həmçinin fəal istirahət dövrü olan yay mövsümünün başa çatması ilə əlaqədar Bakı metropolitenində qatarların hərəkət qrafikinə dəyişiklik ediləcək. 

"Bakı Metropoliteni" QSC-dən APA-ya bildirilib ki, QSC sədri Zaur Hüseynovun əmri ilə təsdiq edilmiş qatarların hərəkət qrafikinə uyğun olaraq, xətlərdəki qatarların sayı artırılaraq, onların hərəkəti sıxlaşdırılacaq və nəticədə interval azaldılacaq. 

Sentyabrın 14-dən tətbiq ediləcək qrafiklə iş günlərinin gur saatlarında "Həzi Aslanov-28 May" istiqamətində və əksinə olmaqla qatarlar arasında minimum interval 2 dəqiqə müəyyən olunub. Günün qalan vaxtlarında qeyd edilən sahədə hərəkət intervalı 2,5 dəqiqə, sərnişinlərin əsaslı şəkildə azalmağa başladığı gecə saatlarına doğru interval 3 dəqiqə və daha çox olacaq. Onu da əlavə edək ki, Bakı metropolitenində gur hərəkət səhər saat 07:30-dan 09:30-a, axşam isə 17:30-dan 19:30-a qədər davam edir. 

Onu da əlavə edək ki, Bakı metropoliteni xətlərinin mövcud xüsusiyyətlərinə görə, xətlərin birləşdiyi "28 May" stansiyasından "Dərnəgül" və "İçərişəhər" istiqamətlərində və əksinə interval iki dəfə artıq olacaq.

Bakı metropoliteni sərnişinləri günün müəyyən vaxtlarında "Həzi Aslanov-Ulduz” sahəsində bəzən iki qatarın "Dərnəgül” və ya "İçərişəhər” istiqamətində hərəkət etməsini müşahidə edir, həmçinin daha böyük interval müşahidə edirlər. Bunun səbəbi qatarların "Nərimanov" elektrik deposundan xəttə verilməsi və ya xətdən çıxarılması ilə əlaqədardır. Bu hallarda "Ulduz-Həzi Aslanov" sahəsində bəzi hallarda interval daha çox ola bilər. Eyni qayda ilə, "Həzi Aslanov-Ulduz" sahəsində günün qrafiklə müəyyən edilmiş vaxtlarında iki qatarın ardıcıl olaraq "Dərnəgül” və ya "İçərişəhər” istiqamətində hərəkət etməsini müşahidə edilməsi mümkündür.

Qeyd edilən qrafik iş günlərini əhatə edir. İstirahət, o cümlədən qeyri-iş günlərində Bakı metropolitenində fərqli hərəkət qrafiki tətbiq olunur.
Yeni qrafik 2020-ci ilin yay aylarına qədər qüvvədə olacaq.

Bildirilib ki, Bakı metropolitenində hərəkət qrafiki il ərzində iki dəfə dəyişdirilir. Tədris ilinin başa çatması, habelə yay mövsümündə şəhərdən kənarda istirahətə üz tutan sərnişinlərin sayının əsaslı şəkildə artması ilə əlaqədar metropolitendə qismən yüngülləşdirilmiş qrafik tətbiq olunur.
Sərnişinlərimiz qatarların "Bakmil" stansiyasına və əksinə hərəkət cədvəlləri ilə sentyabr ayının 14-dən metro.gov.az saytının müvafiq bölməsində tanış ola bilərlər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdamda növbəti əmək yarmarkası keçiriləcək
Cəmiyyət 18:13
Ağdamda növbəti əmək yarmarkası keçiriləcək
ABŞ-də benzin 4 dollar bahalaşıb
Cəmiyyət 17:50
ABŞ-də benzin 4 dollar bahalaşıb
Dəmiryol vağzallarında elektron siqaret çəkənlər 30 manat cərimələnəcək
Cəmiyyət 17:15
Dəmiryol vağzallarında elektron siqaret çəkənlər 30 manat cərimələnəcək
Balıq ovu aprelin 1-dən qadağan edilir
Cəmiyyət 17:07
Balıq ovu aprelin 1-dən qadağan edilir
Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Cəmiyyət 16:38
Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Bakıda I sinfə qəbulda prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb
Cəmiyyət 15:50
Bakıda I sinfə qəbulda prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb
Şəkidə yaşayış evində partlayış olub, xəsarət alanlar var
Cəmiyyət 15:35
Şəkidə yaşayış evində partlayış olub, xəsarət alanlar var
AYNA: bayram günlərində 200 000-dən çox sərnişin daşınıb
Cəmiyyət 15:02
AYNA: bayram günlərində 200 000-dən çox sərnişin daşınıb
Nazim Bəydəmirlinin həyat yoldaşı Prezidentə müraciət edib
Cəmiyyət 14:00
Nazim Bəydəmirlinin həyat yoldaşı Prezidentə müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol