• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

İŞİD xilafəti nədir? - VİDEO

İŞİD xilafəti nədir? - VİDEO
23.08.2014 10:55
İŞİD öz məqsədi kimi Xilafətin yaradılmasını görür

İraq Şam İslam Dövləti, qısa: İŞİD (özünüadlandırma: İslam Dövləti; ) — İraq və Suriya ərazisində fəaliyyət göstərən silahlı paramilitar qruplaşma, 3 yanvar 2014-cü il tarixində müstəqilliyini, 29 iyun 2014-cü il tarixində isə yeni xilafət yaratdığını elan edib.ANS PRESS-in məlumatına görə, BBC təqdim etdiyi şərhsiz (subtitrli) videoda xilafət anlayışını araşdırıb.Qeyd edək ki, İraq müharibəsinin başlamasından qısa bir müddət sonra «Camaat əl-Tövhid vəl-Cihad» adı ilə qurulan qruplaşma 2004-cü ilin oktyabrında Əl-Qaidəyə bağlılığını elan edərək «Tanzim Kaidat el-Cihad fi Bilad el-Rafidayn» (daha çox «İraq Əl-Qaidəsi» adı ilə tanınır) adını götürür.2006-cı ilin yanvar ayında «Ceyş ət-Taifa Əl-Mənsur», «Ceyş Əhli-Sünnə vəl-Camaa», «Ceyş əl-fatihin», «Cund əs-Səhabə» kimi kiçik qruplarla birləşən qruplaşma «Mücahidun Şura Konseyi» adını aldı. Terrorçudurlar və vəhhabilər onalra xəvaric deyir.İraq müharibəsinin qızğın dövründə Anbar, Ninəvə, Diyalə, Babil, Kərkük və Səlahəddin bölgələrində aktivlik göstərən qruplaşma üzvləri 2006-cı ilin 15 oktyabr tarixində paytaxtı Baquba şəhəri olan «İraq İslam Dövləti» adlı dövlət elan edir. Bu tarixdən etibarən «Mücahidun Şura Konseyi» adı altında toplaşan qruplaşmaların keçirdiyi əməliyyatlar «İraq İslam Dövləti» adıyla keçirilməyə başlayır.2006-cı ildə ABŞ kəşfiyyatının hazırladığı hesabatda təşkilatın üzvlərinin sayının 1000-dən yuxarı olduğu bildirilirdi. 2011-ci ildən etibarən ABŞ ordusunun İraqdan çıxmasından sonra təşkilat üzvlərinin sayının 2 dəfədən çox artdığı haqqında məlumatlar var idi. Son məlumatlara əsasən, “intibah” dövrünü yaşayan qruplaşmaya həm İraq və Suriyadan, eləcə də Avropa ölkələri də olmaqla, xaricdən qatılmaq istəyənlərin sayı rekord həddə çatır. Hazırda qruplaşmanın 6 minlik ordusu var.29 iyun 2014-cü ildən yeni Xilafət elan edən İŞİD, bu tarixdən etibarən İslam Dövləti adlanacağını xəlifəsinin isə ABŞ-nin başına 10 milyon dollar mükafat qoyduğu Əbu Bəkr əl-Bağdadi olduğunu bildirir.Vaşinqton isə öz növbəsində "İslam Dövləti" (İD) qruplaşmasının cihadçılarını ABŞ-ın son illər ərzində üzləşdiyi ən ciddi təhlükə hesab edir."Onlar adi bir terrorçular qrupu deyil. Onlarda ideologiya ilə strateji və taktiki hərbi peşəkarlıq birliyi yaranıb, onlar böyük vəsaitlərə malikdir. Bu, əvvəllər üzləşdiyimizlərdən xeyli ciddidir", - ABŞ müdafiə naziri Chuck Hagel bəyan edib.Onun sözlərinə görə, Amerika aviasiyasının İraqın şimalında cihadçıların mövqelərinə endirdiyi zərbələr İD yaraqlılarının qabağını almağa imkan verir, lakin onların yenidən qruplaşıb cavab zərbə vuracaqlarını gözləməməyə dəyər.“İslam dövləti” bilavasitə ABŞ üçün təhlükə kəsb edir, Hagel xəbərdar edib.Qərargah Rəisləri Birləşmiş Komitəsinin rəisi Martin Dempsey isə bəyan edib ki, islamçıların Suriyadakı mövqelərinə hücum etmədən "İslam Dövləti"nə qalib gəlmək mümkün olmayacaq.Dempsey İD-ni "apokaliptik strateji təfəkkürlü" təşkilat adlandırıb və qeyd edib ki, təşkilat əvvəl-axır məğlub edilməlidir.

Nə Hagel, nə də Dempsey Vaşinqtonda keçirilən mətbuat konfransında "İslam Dövləti" yaraqlıları ilə mübarizədə ABŞ-ın tərəfindən hər hansı əlavə tədbirlər görüləcəyini bildirməyiblər, BBC müxbiri Barbara Plett məlumat verib.Eyni zamanda Plett ABŞ-in İraqda və Suriyada cihadçılarla mübarizə üsulunun dəyişəcəyini istisna etməyib.ABŞ prezidenti Barak Obama ABŞ aviasiyasına kürd könüllü dəstələri və İraq hərbçilərinə İD yaraqlıları ilə hərbi əməliyyatlar zamanı dəstək təmin etməsinə icazə verib.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənilər Paşinyanın istefasını tələb edirlər -VİDEO
Dünya 14:05
Ermənilər Paşinyanın istefasını tələb edirlər -VİDEO
İstanbulun mərkəzində atışma: Çox sayda insan yaralanıb - VİDEO
Dünya 13:15
İstanbulun mərkəzində atışma: Çox sayda insan yaralanıb - VİDEO
Bu şəxsə hücum anının yeni görüntüləri - VİDEO
Dünya 08:36
Bu şəxsə hücum anının yeni görüntüləri - VİDEO
Rusiya bu əraziyə fosfor bombaları atıb  - VİDEO
Dünya 08:20
Rusiya bu əraziyə fosfor bombaları atıb - VİDEO
Gürcü və Azərbaycan xalqlarının Kürmükoba bayramından GÖRÜNTÜLƏR - VİDEO
Dünya 21:21
Gürcü və Azərbaycan xalqlarının Kürmükoba bayramından GÖRÜNTÜLƏR - VİDEO
Ukraynalı əsgərdən sahibsiz itə YARDIM- VİDEO
Dünya 17:39
Ukraynalı əsgərdən sahibsiz itə YARDIM- VİDEO
Zelenskinin yaralı qız ilə dialoqu -
Dünya 12:03
Zelenskinin yaralı qız ilə dialoqu - "Biz "Tik-tok"u işğal etmişik" - VİDEO
Zelenskiy yaralı əsgərlərə medallarını vermək üçün baş çəkib - VİDEO
Dünya 16:36
Zelenskiy yaralı əsgərlərə medallarını vermək üçün baş çəkib - VİDEO
Hansı şirkətlər Rusiyadan gedib?
Dünya 23:47
Hansı şirkətlər Rusiyadan gedib?
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol