• $ 1.7
  • € 1.9216
  • ₽ 0.020775
  • ₺ 0.0441
  • £ 2.2624

Bakıda dörd dəfə həbs olunmuş “general” tutuldu - FOTO

Bakıda dörd dəfə həbs olunmuş “general” tutuldu - FOTO
23.09.2019 14:43
Bakıda Beynəlxalq İnsan Hüquqları Müdafiəsi Komitəsinin (İnternational Human Rights Defence committe (CIPDH)) "saxta general”ı həbs edilib. Sentyabrın 22-də Nərimanov Rayon Məhkəməsi Firdovsi Ələkbərova qarşı üç aylıq həbs qərarı verib.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, bu məlumat Beynəlxalq İnsan Hüquqları Müdafiəsi Komitəsinin Bakı ofisinin direktoru İsmayıl Ağayev tərəfindən təsdiqlənib.

Ötən həftəsonu Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulan F.Ələkbərov Cinayət Məcəlləsinin 178.2.2 (Təkrar dələduzluq) və 178.2.4-cü (külli miqdarda ziyan vurma) maddələri ilə ittiham olunub.

Özünü Asiya Bürosunun rəhbəri kimi təqdim edən F.Ələkbərov sifariş əsasında tikdirdiyi general formasını geyinərək qurbanlarını axtarıb.

O, insanlara pul qarşılığında diplomatik pasport almağı vəd edib, üzərində müxtəlif rütbələr və jetonlar olan geyimlərin satışına dair danışıqlar aparıb:

"Hazırda general üç nəfərə zərər vurub. F.Ələkbərov sənədlərin saxtalaşdırılması ilə də məşğul olub.

Hazırda istintaq bu məlumatı yoxlayır və fırıldaqçının cinayət məsuliyyətinə cəlb edilməsi üçün bütün lazımi tədbirləri görür”.

Qeyd edək ki, F.Ələkbərov dörd dəfə mənimsəmə və dələduzluğa görə mühakimə olunub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yollarda yenə tıxac var
Cəmiyyət 08:59
Yollarda yenə tıxac var
Maştağada itkin düşən qızları evində gizlədən taksi sürücüsü həbs olunub
Cəmiyyət 23:49
Maştağada itkin düşən qızları evində gizlədən taksi sürücüsü həbs olunub
Həcc ziyarəti zamanı viza qaydalarını pozanlar 26 min dollar cərimələnəcək
Cəmiyyət 22:20
Həcc ziyarəti zamanı viza qaydalarını pozanlar 26 min dollar cərimələnəcək
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Cəmiyyət 20:55
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
“Centrum Air” Bakıdan Daşkəndə birbaşa uçuşlara başlayır
Cəmiyyət 19:13
“Centrum Air” Bakıdan Daşkəndə birbaşa uçuşlara başlayır
Şəhid anası: Oğlum sağ olanda daha yaxşı dolanırdım/Şikayət/Yenilənib
Cəmiyyət 19:06
Şəhid anası: Oğlum sağ olanda daha yaxşı dolanırdım/Şikayət/Yenilənib
Şəkidə yol qəzası olub, xəsarət alanlar var
Cəmiyyət 18:25
Şəkidə yol qəzası olub, xəsarət alanlar var
Fiziki məhdudiyyətli şəxslərlərə güzəşt olunmur - Xəyalə Bayramlı
Cəmiyyət 18:02
Fiziki məhdudiyyətli şəxslərlərə güzəşt olunmur - Xəyalə Bayramlı
Определен охват социальных услуг в полустационарной форме
Cəmiyyət 17:40
Определен охват социальных услуг в полустационарной форме
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol