• $ 1.7
  • € 1.8896
  • ₽ 0.020988
  • ₺ 0.0438
  • £ 2.2441

Bakıda atası ilə zibil yığan 10 yaşlı qızla bağlı YENİ MƏLUMAT

Bakıda atası ilə zibil yığan 10 yaşlı qızla bağlı YENİ MƏLUMAT
23.09.2019 17:15
Raskopa Anjelinanın təhsil məsələsi Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin operativ müdaxiləsi nəticəsində həllini tapıb.

Axar.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov deyib.

O bildirib ki, 10 yaşlı Anjelina bu gündən Bakı şəhəri 81 nömrəli tam orta məktəbdə fərdi təhsilə cəlb olunub:
"Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi adından Anjelinaya məktəbli ləvazimatları və çanta təqdim olunub. Həmçinin məktəbliyə yeni dərsliklər verilib".

İdarənin rəsmisi qeyd edib ki, məktəbin psixoloqu da Anjelinanın təhsil mühitinə uyğunlaşması və özünəinamının artırılması üçün onunla xüsusi məşğul olacaq: "Bir daha valideynlərə əsas tövsiyəmiz ondan ibarətdir ki, uşaqlarının heç bir halda məktəbə qəbulunu yubatmasınlar. Dövlətin yaratdığı təhsil imkanları hamı üçündür və hər bir uşağın məktəbə cəlb olunması, hərtərəfli vətəndaş kimi yetişməsi, ümumilikdə, cəmiyyətin uğurudur. Hər birimizə uğurlar, əziz dostlar!".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Axşam yağış yağacaq - Xəbərdarlıq
Cəmiyyət 10:40
Axşam yağış yağacaq - Xəbərdarlıq
I Qarabağ müharibəsinin daha beş itkin-şəhidi dəfn olunacaq
Cəmiyyət 10:33
I Qarabağ müharibəsinin daha beş itkin-şəhidi dəfn olunacaq
İlham Əliyev Albaniyanın Baş nazirini təbrik edib
Cəmiyyət 10:24
İlham Əliyev Albaniyanın Baş nazirini təbrik edib
Bəzi çaylardan sel keçir
Cəmiyyət 09:55
Bəzi çaylardan sel keçir
Bəzi yollarda tıxac var
Cəmiyyət 09:06
Bəzi yollarda tıxac var
PMI istiqaməti dəyişir: bu gün siqaret çəkənlər üçün hansı alternativlər var?
Cəmiyyət 09:00
PMI istiqaməti dəyişir: bu gün siqaret çəkənlər üçün hansı alternativlər var?
Bakının 5 rayonunda qaz kəsiləcək
Cəmiyyət 08:59
Bakının 5 rayonunda qaz kəsiləcək
Şamaxıda zəlzələ olub
Cəmiyyət 08:40
Şamaxıda zəlzələ olub
Tbilisidə Kür çayına düşən azərbaycanlı qızın meyiti tapılıb
Cəmiyyət 00:12
Tbilisidə Kür çayına düşən azərbaycanlı qızın meyiti tapılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol