• $ 1.7
  • € 1.9753
  • ₽ 0.021795
  • ₺ 0.0422
  • £ 2.2774

Gülyaz-Gülyanaq bacılarının yeznəsi faciəvi şəkildə öldü

Gülyaz-Gülyanaq bacılarının yeznəsi faciəvi şəkildə öldü
29.05.2020 03:14
Yevlax rayonunda baş verən yol qəzasında ölən və yaralananlar tanınmış xanəndələrin qohumlarıdır.
Qəzada ölən 1957-ci il təvəllüdlü Mövsüm Məmmədkərimov Xalq artisti Gülyaz və Gülyanaq Məmmədovaların bacısının həyat yoldaşıdır.
Məlumata görə, hadisə zamanı yaralanan Əli və Mahal Məmmədkərimovlar Mövsüm Məmmədkərimovun övladlarıdır.

Daha əvvəllər həkim kimi çalışan Mövsüm Məmmədkərimov "Avromed” şirkətinin Mingəçevir filialının müdiri vəzifəsində işləyib.
Gülyaz Məmmədova "Report”a məlumatı təsdiqləyib. Lakin o, hadisə barədə daha ətraflı məlumatı olmadığından açıqlama vermək istəmədiyini bildirib.
Qeyd edək ki, hadisə bu gün Yevlax rayonunun Xanabad kəndində qeydə alınıb. Belə ki, "VAZ 2106” və "Picap” markalı avtomobillər toqquşub. Qəza zamanı ağır bədən xəsartələri alan Şəki şəhər sakini, 1957-ci il təvəllüdlü Məmmədkərimov Mövsüm Əli oğlu hadisə yerində ölüb.

Xəsarət alanlar isə Şəki rayonu Böyük Dəhnə kənd sakinləri - Allahverdiyev Orxan Nofəl oğlu (1992), Məmmədkərimov Əli Mövsüm oğlu (1986), Pirməmmədov Turan Namiq oğlu (1988) və Məmmədkərimov Mahal Mövsüm oğludur (1991).
Ölən və xəsarət alanların hamısı "VAZ 2106” markalı avtomobildə olub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ucarda mikroavtobusla yük maşını toqquşub, xəsarət alan var
Cəmiyyət 21:06
Ucarda mikroavtobusla yük maşını toqquşub, xəsarət alan var
Şahin Şıxlinski axtarışa verilib
Cəmiyyət 20:37
Şahin Şıxlinski axtarışa verilib
Şüvəlanda bir nəfər dənizdə batıb
Cəmiyyət 20:11
Şüvəlanda bir nəfər dənizdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 19:25
Bu ərazilərdə qaz olmayacaq
İyulun 6-da keçirilmiş qəbul imtahanının nəticələri açıqlanıb
Cəmiyyət 19:10
İyulun 6-da keçirilmiş qəbul imtahanının nəticələri açıqlanıb
Batma təhlükəsi ilə üzləşən yeniyetmələr xilas edilib - Video
Cəmiyyət 18:51
Batma təhlükəsi ilə üzləşən yeniyetmələr xilas edilib - Video
Laçında dağlıq ərazidə baş verən yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 18:31
Laçında dağlıq ərazidə baş verən yanğın söndürülüb - Yenilənib
“8-ci km Ticarət Mərkəzi”nin adı dəyişdirilib
Cəmiyyət 18:30
“8-ci km Ticarət Mərkəzi”nin adı dəyişdirilib

Bakıda 3 prokurorluq əməkdaşı intizam tənbeh tədbiri qismində vəzifədən azad olunub
Cəmiyyət 17:27
Bakıda 3 prokurorluq əməkdaşı intizam tənbeh tədbiri qismində vəzifədən azad olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol