• $ 1.7
  • € 1.9286
  • ₽ 0.020859
  • ₺ 0.044
  • £ 2.2683

Baş həkim bu səbəbə görə işdən çıxarıldı

Baş həkim  bu səbəbə görə işdən çıxarıldı
27.09.2019 10:24
Şamaxı Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Səməd Fətəliyev vəzifəsindən azad edilib.

Anews.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, S. Fətəliyev ötən gün tibbi heyətlə son toplantısını keçirərək vidalaşıb.
Qeyd edək ki, ötən il baş həkim barəsində akt tərtib olunub. Buna səbəb isə Ekologiya və Təbii Sərvətlər, eləcə də Daxili İşlər Nazirliklərinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə keçirilən reyd zamanı Şamaxı rayonu ərazisində "QAZ-52" markalı 06-BC-908 dövlət nömrə nişanlı avtomobilin yük yerində doğranmış ağac materialının daşınması olub.

Belə ki, araşdırma zamanı ağacların Şamaxı Mərkəzi Rayon Xəstəxanasının ərazisindən kəsildiyi məlum olub. Sözügedən əraziyə keçirilən baxış zamanı xəstəxananın həyətində yaş köküstə müxtəlif diametrli qovaq və yalanqoz ağacının kəsildiyi, dörd qovaq ağacının isə gövdə hissələrinin yandırılıldığı faktı aşkarlanaraq təbiətə 3.000 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Dəymiş ziyan cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Şamaxı rayon Prokurorluğuna göndərilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qarabağın bərpasına 18 milyard manatdan çox vəsait ayrılıb- Deputat
Cəmiyyət 14:17
Qarabağın bərpasına 18 milyard manatdan çox vəsait ayrılıb- Deputat
Vəsaitləri oğurlanan şəxslər arasında ABB müştərilərin sayı çox azdır - İdarə Heyətinin sədri
Cəmiyyət 14:03
Vəsaitləri oğurlanan şəxslər arasında ABB müştərilərin sayı çox azdır - İdarə Heyətinin sədri
Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olunub
Cəmiyyət 13:50
Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olunub
AZAL-ın Bakı-Moskva reysləri təxirə salınıb
Cəmiyyət 13:28
AZAL-ın Bakı-Moskva reysləri təxirə salınıb
ABB növbəti ildə 45 tələbəyə ayıran təqaüdü davam etdirəcək
Cəmiyyət 12:28
ABB növbəti ildə 45 tələbəyə ayıran təqaüdü davam etdirəcək
Sabah 30 dərəcə isti olacaq
Cəmiyyət 12:23
Sabah 30 dərəcə isti olacaq
Müsbət cavab olacağı təqdirdə ictimai nəqliyyatda ABB kartları ilə ödəniş etmək mümkün olacaq
Cəmiyyət 12:20
Müsbət cavab olacağı təqdirdə ictimai nəqliyyatda ABB kartları ilə ödəniş etmək mümkün olacaq
Ölkədə talassemiya diaqnozu ilə doğulan uşaqların sayı açıqlanıb
Cəmiyyət 12:06
Ölkədə talassemiya diaqnozu ilə doğulan uşaqların sayı açıqlanıb
Kart hesablarından yenə 30 mindən çox vəsait oğurlanıb
Cəmiyyət 10:50
Kart hesablarından yenə 30 mindən çox vəsait oğurlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol