“Dövlət büdcəsindən bir qəpik də “yeməmişəm” - VIDEO

"Mənim haqqımda sosial şəbəkələrdə tənqidi fikirlər söyləyirlər”. "Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq artisti Murad Dadaşov "Popumuz var” yutub layihəsinə qonaq olarkən deyib.
Məşhur aparıcı tez-tez sosial şəbəkələrdə tənqid olunmasına münasibət bildirib:
M. Dadaşov verilişdə qeyd edib ki, Azərbaycanda müxalifət yoxdur: "Mən həm müxalifət, həm də iqtidarla əlaqədəyəm. Müəyyən anlarda danışıqlarda körpü də oluram. İqtidar aləminin üzvlərinə deyirəm ki, filankəslər fərqlənir. Hamını eyni xəncərlə kəsmək olmaz. O insanın mövqeyi Azərbaycana, hakimiyyətə qarşı deyil. Özbaşınalığa qarşıdır. Eyni zamanda, müxalifətçilərə həmişə deyirəm ki, belə etmək olmaz. Popurist fikirləri ilə özlərini hörmətdən salırlar. Ona görə də, ciddi müxalifət yoxdur. Cəmiyyət, hakimiyyət üçün müxalifətin olmamağı pis şeydir. Biz bunu oturub müzakirə edirik, sivil cəmiyyət yaratmaq istəyirik. Hamı istəyir ki, hər şey yaxşı olsun”.