• $ 1.7
  • € 1.8896
  • ₽ 0.020988
  • ₺ 0.0438
  • £ 2.2441

Tərtər sakinini əvvəl sərxoş etdilər, sonra öldürdülər

Tərtər sakinini əvvəl sərxoş etdilər, sonra öldürdülər
02.10.2019 15:04
Oktyabrın 2-nə keçən gecə Tərtər rayonunun Sarov kəndində qətl hadisəsi baş verib.

Tərtər rayon hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, cinayətin qurbanı kənd sakini 1983-cü il təvəllüdlü Kərimov Yaməddin Məhiyəddin oğlu olub. Sözügedən şəxsə evinin yaxınlığında iki bıçaq zərbəsi yetirilib. Mərhum aldığı xəsarətlərdən yerindəcə keçinib.

Qətlin törədilməsində iki nəfər ittiham olunur: 2001-ci il təvəllüdlü Abbaszadə Zamin Faiq oğlu və öldürülən şəxsin qardaşı oğlu Cavad Kərimov. Z.Abbaszadə Y.Kərimova bıçaqla hücum edib, C.Kərimov isə qətlin şahidi olub.İlkin araşdırma zamanı gənclərin Y. Kərimovu yeyib-içməyə çağırdıqları məlum olub. Y. Kərimov razılaşıb və onlarla birlikdə gedib. Ehtimala görə, qardaş oğlu əmisini sərxoş edərək mal-qarasının satışından qazandığı pulu mənimsəmək istəyib. Sərxoş olan Z.Abbaszadə və C.Kərimov zərərçəkəndən pul tələb etməyə başlasa da, Y. Kərimov təzyiqlərə təslim olacaq qədər sərxoş olmayıb. Belə olan halda tərəflər arasında qətllə nəticələnən münaqişə yaranıb.

Qeyd edək ki, ilkin dindirmə zamanı məhbuslar qətli qısqanclıq zəminində törətdiklərini bildirərək bəraət qazanmaq istəyiblər. Ancaq bu həqiqət deyil, bütün məsələ pulda olub.

Rayon prokurorluğu faktla bağlı cinayət işi açıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Axşam yağış yağacaq - Xəbərdarlıq
Cəmiyyət 10:40
Axşam yağış yağacaq - Xəbərdarlıq
I Qarabağ müharibəsinin daha beş itkin-şəhidi dəfn olunacaq
Cəmiyyət 10:33
I Qarabağ müharibəsinin daha beş itkin-şəhidi dəfn olunacaq
İlham Əliyev Albaniyanın Baş nazirini təbrik edib
Cəmiyyət 10:24
İlham Əliyev Albaniyanın Baş nazirini təbrik edib
Bəzi çaylardan sel keçir
Cəmiyyət 09:55
Bəzi çaylardan sel keçir
Bəzi yollarda tıxac var
Cəmiyyət 09:06
Bəzi yollarda tıxac var
PMI istiqaməti dəyişir: bu gün siqaret çəkənlər üçün hansı alternativlər var?
Cəmiyyət 09:00
PMI istiqaməti dəyişir: bu gün siqaret çəkənlər üçün hansı alternativlər var?
Bakının 5 rayonunda qaz kəsiləcək
Cəmiyyət 08:59
Bakının 5 rayonunda qaz kəsiləcək
Şamaxıda zəlzələ olub
Cəmiyyət 08:40
Şamaxıda zəlzələ olub
Tbilisidə Kür çayına düşən azərbaycanlı qızın meyiti tapılıb
Cəmiyyət 00:12
Tbilisidə Kür çayına düşən azərbaycanlı qızın meyiti tapılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol