• $ 1.7
  • € 2.0021
  • ₽ 0.020531
  • ₺ 0.0411
  • £ 2.3146

Azərbaycanda “Formula 1” gələn il bu tarixdə keçiriləcək

Azərbaycanda “Formula 1” gələn il bu tarixdə keçiriləcək
05.10.2019 09:57
"Formula 1” üzrə 2020-ci il mövsümünün təqvimi təsdiqlənib.

Report xəbər verir ki, Beynəlxalq Avtomobil Federasiyasının avtomobil idmanı üzrə şurasının Almaniyanın Köln şəhərində baş tutan iclasında yekun qərar qəbul olunub. Azərbaycan Qran Prisi 5 - 7 iyunda keçiriləcək.

Bu, paytaxtda reallaşacaq 5-ci "Formula 1” yarışı olacaq. İlk Qran Pri martın 15-də Avstraliyanın Melburn şəhərində, sonuncusu isə noyabrın 29-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə təşkil ediləcək.

Təqvimdən Almaniya mərhələsi çıxarılıb və yerinə Vyetnamla Hollandiya daxil edilib. İlk test sürüşləri 19 – 21, ikincisi isə 26 – 28 fevralda İspaniyanın Barselona şəhərində keçiriləcək.

2020-ci il mövsümünün təqvimi:

15 mart - Avstraliya
22 mart - Bəhreyn
5 aprel - Vyetnam
19 aprel - Çin
3 may - Hollandiya
10 may - İspaniya
24 may - Monako


7 iyun - AZƏRBAYCAN
14 iyun - Kanada
28 iyun - Fransa
5 iyul - Avstriya
19 iyul - Böyük Britaniya
2 avqust - Macarıstan
30 avqust - Belçika
6 sentyabr - İtaliya
20 sentyabr - Sinqapur
27 sentyabr - Rusiya
11 oktyabr - Yaponiya
25 oktyabr - ABŞ
1 noyabr - Meksika
15 noyabr - Braziliya
29 noyabr - Abu-Dabi.

Qeyd edək ki, 2019-cu il mövsümündə Bakıdakı yarış 26 - 28 apreldə keçirilib və Almaniyanın "Mercedes” komandasının pilotu Valtteri Bottas birinci yeri tutub.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qurban Qurbanovdan qələbə şərhi
İdman 01:54
Qurban Qurbanovdan qələbə şərhi
"Qarabağ" "Benfika" səfərində qələbə qazanıb - Yenilənib
İdman 00:53
"Qarabağ" "Benfika" səfərində qələbə qazanıb - Yenilənib
“Qarabağ” Çempionlar Liqası oyunu üçün Lissabona gedib
İdman 08:36
“Qarabağ” Çempionlar Liqası oyunu üçün Lissabona gedib
AFFA rəsmisi “Bavariya”-“Çelsi” matçına təyinat alıb
İdman 18:48
AFFA rəsmisi “Bavariya”-“Çelsi” matçına təyinat alıb
"Benfika" - "Qarabağ" oyununun hakimləri açıqlanıb
İdman 12:51
"Benfika" - "Qarabağ" oyununun hakimləri açıqlanıb
Güləş üzrə 2026-cı il dünya çempionatı Bakıda keçiriləcək
İdman 10:30
Güləş üzrə 2026-cı il dünya çempionatı Bakıda keçiriləcək
Alfonso Dominqes Dünya Kubokunun yarımfinalında
İdman 22:08
Alfonso Dominqes Dünya Kubokunun yarımfinalında
Azərbaycan Ukrayna ilə bərabərə qaldı - Yenilənib
İdman 21:55
Azərbaycan Ukrayna ilə bərabərə qaldı - Yenilənib
Azərbaycan futbol millisinin baş məşqçisi istefaya göndərilib
İdman 12:09
Azərbaycan futbol millisinin baş məşqçisi istefaya göndərilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol