• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Nərgiz Paşayevanın oğlu BDU-nun tələbəsi oldu

Nərgiz Paşayevanın oğlu BDU-nun tələbəsi oldu
20.08.2014 13:50
Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü Nərgiz Paşayevanın oğlu Ülvi Mahmudov Bakı Dövlət Universitetinin tələbəsi adını qazanıb.Modern.az-a daxil olan məlumata görə ikinci qrup üzrə qəbul imtahanında iştirak edən Ülvi Mahmudov 580 balla bu universitetin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin beynəlxalq münasibətlər ixtisasını seçib. Bəzi hallarda övladlarının xarici universitetlərdə oxumasına üstünlük verən ailələr ölkə təhsili haqqında neqativ fikirlər səsləndirərək milli təhsilə kölgə salmağa çalışırlar. Lakin son illər tanınmış ailələrin, ziyalıların və nüfuzlu şəxslərin övladlarının məhz Azərbaycanda təhsil almalarına üstünlük verməsi milli təhsil haqqında səsləndirilən fikirlərin əsassız olduğunu göstərir.Bunu ötən il 590 balla Azərbaycan Diplomatiya Akademiyasının beynəlxalq münasibətlər ixtisasına qəbul olan prezident İlham Əliyevin oğlu Heydər Əliyevin timsalında da göstərmək olar.Bu arada qeyd edək ki, bir sıra ölkələrdə milli universitetlərin Himayədarlar Şurası fəaliyyət göstərir və sədri həmin ölkənin prezidenti olan (məsələn, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Himayədarlar Şurasının sədri Rusiya Federasiyasının prezidenti Vladimir Putin, Qazaxstanın Nazarbayev Universitetinin Ali Himayədarlar Şurasının sədri Qazaxstan prezidenti Nursultan Nazarbayev və s. ) şuranın üzvləri müxtəlif peşə sahibləri olan ölkənin tanınmış şəxslərindən təşkil edilir. Şuranın məqsədi elm və təhsilin inkişaf etdirilməsi, milli təhsilin nüfuzunun yüksəlməsi, ona əlavə dəstək verilməsi məqsədi daşıyır. Dünya təcrübəsini əsas tutaraq belə bir Şuranın ölkəmizdə yaradılması milli təhsilin inkişafı baxımından faydalı olardı.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şamaxıda köməksiz vəziyyətdə qalan 5 nəfər xilas edilib
Cəmiyyət 19:05
Şamaxıda köməksiz vəziyyətdə qalan 5 nəfər xilas edilib
Gəncədə doqquzmərtəbəli binada yanğın olub
Cəmiyyət 18:18
Gəncədə doqquzmərtəbəli binada yanğın olub
Son günlər kiberdələduzluq halları artıb - DİN
Cəmiyyət 16:26
Son günlər kiberdələduzluq halları artıb - DİN
Nərimanovda binanın fasadı uçub - Video
Cəmiyyət 15:16
Nərimanovda binanın fasadı uçub - Video
Pirotexniki vasitələr satan daha 26 nəfər saxlanılıb
Cəmiyyət 14:59
Pirotexniki vasitələr satan daha 26 nəfər saxlanılıb
Bakıya sulu qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
Cəmiyyət 14:48
Bakıya sulu qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
BDYPİ-dən bölgələrə səfər edən və hərəkətdə olan sürücülərə müraciət
Cəmiyyət 13:42
BDYPİ-dən bölgələrə səfər edən və hərəkətdə olan sürücülərə müraciət
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 12:46
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirib
Cəmiyyət 12:32
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol