• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

ABŞ kəşfiyyatı İŞİD liderini tutmaq üçün 100 agent ayırıb

ABŞ kəşfiyyatı İŞİD liderini tutmaq üçün 100 agent ayırıb
19.08.2014 11:49
Britaniya və ABŞ kəşfiyyatı bin Ladenin tutulması əməliyyatı səviyyəsində əməliyyat başladaraq İraq səhralarında “kabus” ləqəbli əl-Bağdadini axtarır, İŞİD liderinin İraqdan qaçdığı iddia olunurABŞ kəşfiyyatı İŞİD lideri Əbubəkr əl-Bağdadini ələ keçirmək üçün təxminən “əl-Qaidə” lideri Usama bin Ladeni yaxalamaq üçün həyata keçirilən əməliyyat miqyasında bir əməliyyat həyata keçirir. Türkiyə mətbuatının iddiasına görə, ABŞ Mərkəzi Kəşfiyyat Agentliyi (CİA) əl-Bağdadini ələ keçirmək üçün 100 nəfərə yaxın agent ayırıb. Hazırda bu agentlər Bağdadinin olduğu yeri müəyyən etmək üçün fəaliyyət göstərirlər. İddialara görə, CİA Britaniya kəşfiyyatının dəstəyi ilə əl-Bağdadinin yerini tapmaq və onu ələ keçirmək üçün böyük bir əməliyyat hazırlayıb. İŞİD liderinin yerini müəyyən etmək üçün pilotsuz kəşfiyyat təyyarələri, kosmik peyklərdən və ərazidə fəaliyyət göstərən agentlərdən istifadə olunsa da, “kabus” adlandırılan əl-Bağdadini yaxalamaq və ya yerini müəyyən etmək mümkün deyil. Eyni zamanda gələn məlumatda Britaniya xüsusi təyinatlı hərbçilərinin kürd muxtariyyətinin paytaxtı Ərbilə göndərildiyi, kəşfiyyat təyyarələrinin isə davamlı olaraq uçuşlar həyata keçirildiyi qeyd olunur. Ancaq əl-Bağdadinin xeyli dərəcədə hazırlıqlı olduğu və yerini ələ vermədiyi də gələn xəbərlər arasında. Yeri gəlmişkən, ötən həftə İraqda ciddi hücumlara məruz qalan əl-Bağdadinin 250 avtomobildən ibarət konvoyla Suriyaya keçdiyi haqda xəbərlər yayılıb. Bu arada İraqda artıq ABŞ hərbi təyyarələrinin artan hava zərbələri İŞİD-in mövqelərinə güclü zərbələr vurub. Məhz Amerikan qırıcılarının hava dəstəyi sayəsində İraq ordusu və kürd peşmərgələri irəliləyərək bir sıra şəhər və qəsəbələri, o cümlədən Mosulu və eyni adlı su anbarını İŞİD-dən geri ala bilib. Artıq İraq ordusu ilə peşmərgə İŞİD-ə qarşı birgə əməliyyat mərkəzi yaradıb və birgə fəaliyyət göstərir. Yeri gəlmişkən, ötən gün ABŞ prezidenti Barak Obama hava qüvvələrinə Mosul ətrafında İŞİD mövqelərinə hücum əmri verib. Bununla da İraqda Amerika hava zərbələrinin sayı və təsirinin daha da artacağı ehtimal olunur.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Meksika sahillərində 6,5 maqnitudada zəlzələ olub
Dünya 20:25
Meksika sahillərində 6,5 maqnitudada zəlzələ olub
Türkiyədə 28 vilayət üçün qar uçqunu xəbərdarlığı edilib
Dünya 20:00
Türkiyədə 28 vilayət üçün qar uçqunu xəbərdarlığı edilib
Rusiya Xarkova zərbə endirib, 12 nəfər xəsarət alıb
Dünya 18:23
Rusiya Xarkova zərbə endirib, 12 nəfər xəsarət alıb
Cənubi Koreyanın sabiq prezidentinin həbsi daha 6 ay uzadılıb
Dünya 17:17
Cənubi Koreyanın sabiq prezidentinin həbsi daha 6 ay uzadılıb
Türkiyənin "qırmızı bülleten"lə beynəlxalq axtarışa verdiyi 40 şəxs ölkəyə ekstradisiya olunub
Dünya 09:25
Türkiyənin "qırmızı bülleten"lə beynəlxalq axtarışa verdiyi 40 şəxs ölkəyə ekstradisiya olunub
Həmədanda etirazçılar Qurani Kərimi yandıraraq məscidə hücum ediblər
Dünya 09:11
Həmədanda etirazçılar Qurani Kərimi yandıraraq məscidə hücum ediblər
COP31 9-20 noyabr tarixlərində Antalyada keçiriləcək
Dünya 08:58
COP31 9-20 noyabr tarixlərində Antalyada keçiriləcək
Türkiyənin 31 əyalətində qarlı hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Dünya 22:00
Türkiyənin 31 əyalətində qarlı hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
“Parisin son kraliçası” vəfat edib
Dünya 21:30
“Parisin son kraliçası” vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol