• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Leyla Əliyevadan "Vətən, müstəqillik və topraq" müraciəti - FOTO

Leyla Əliyevadan "Vətən, müstəqillik və topraq" müraciəti - FOTO
18.08.2014 16:38
"Ümid edirəm ki, hər bir vətənpərvər azərbaycanlı bunu öz şəxsi vəzifəsi hesab edir”Azərbaycan respublikasının prezidenti İlham Əliyevin böyük qızı Leyla Əliyeva gənclərə müraciət ünvanlayıb.ANS PRESS-in məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Facebook vasitəsi ilə oxucularına müraciət edib. Sosial şəbəkənin aktiv istifadəçilərindən olan xanım hər kəsi vətəni sevməyə, onun üçün çalışmağa səsləyib. Onun sözləri minlərlə insan tərəfindən bəyənilib və müzakirə olunub.Leyla xanımın rus dilində paylaşdığı yazını tərcümə edib təqdim edirik:“Mən Azərbaycanın müstəqilliyini müdafiə edən Silahlı Qüvvələrə, döyüşçülərə, əsgərlərə, sərhədi mühafizə edən əməkdaşlara, eləcə də ictimai və siyasi liderlərə, ziyalılara, hökumət rəsmilərinə, adi vətəndaşlara, vətənini sevən hər bir kəsə müraciət edirəm. Bizim gələcəyimiz öz əlimizdədir. Bu gün biz sizinlə birlikdə Vətənimizin sahibiyik. Torpağımızın, ölkəmizin taleyini özümüz həll etmək şansı qazanmışıq. Qarşımızda dayanan yeganə məsələ bu fürsəti əldən verməmək, müstəqil respublikamızı qoruyub saxlamaqdır. Onu əldə saxlamalı, müstəqilliyimizi qorumalı, ölkəmizi inkişaf etmiş dövlətlərin səviyyəsinə qaldırmalıyıq. Dünyada layiqli yerimizi tutmalıyıq. Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının rəhbəri kimi mən bu tapşırığı özüm üçün borc bilirəm. Ümid edirəm ki, hər bir vətənpərvər azərbaycanlı bunu öz şəxsi vəzifəsi hesab edir”.ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Dövlət başçısı Latviyanın keçmiş Prezidentinə başsağlığı verib
Siyasət 15:59
Dövlət başçısı Latviyanın keçmiş Prezidentinə başsağlığı verib
İlham Əliyev İsveçrə Prezidentinə başsağlığı verib
Siyasət 10:09
İlham Əliyev İsveçrə Prezidentinə başsağlığı verib
МИД Азербайджана выразил соболезнования Швейцарии в связи с трагедией в Кран-Монтане
Siyasət 18:30
МИД Азербайджана выразил соболезнования Швейцарии в связи с трагедией в Кран-Монтане
Azərbaycan XİN İsveçrəyə başsağlığı verib
Siyasət 17:59
Azərbaycan XİN İsveçrəyə başsağlığı verib
Prezident dövlət və bələdiyyə sektorunda çalışanlar üçün icbari istehsalat sığortasını genişləndirdi
Siyasət 13:42
Prezident dövlət və bələdiyyə sektorunda çalışanlar üçün icbari istehsalat sığortasını genişləndirdi
Prezident Kuba liderinə təbrik məktubu ünvanlayıb
Siyasət 12:00
Prezident Kuba liderinə təbrik məktubu ünvanlayıb
Prezident xalqa müraciət edib - Yenilənib
Siyasət 00:00
Prezident xalqa müraciət edib - Yenilənib
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım edib
Siyasət 21:02
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım edib
Azərbaycan ilə Türkiyə arasında peşə təhsili sahəsində əlavə protokol təsdiqlənib
Siyasət 16:47
Azərbaycan ilə Türkiyə arasında peşə təhsili sahəsində əlavə protokol təsdiqlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol