• $
  • £

“Neftçi” yeni transferini geri qaytara bilər

“Neftçi” yeni transferini geri qaytara bilər
29.05.2020 08:56
"Neftçi" Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu öncəsi problemlə üzləşib.“Apasport.az” saytının məlumatına görə, paytaxt təmsilçisi böyük ümidlərlə heyətə qaytarılan Nikolas Kanalesin transferini rəsmiləşdirməkdə çətinlik çəkir. Buna səbəb 29 yaşlı hücumçunun transfer vərəqəsinin yubanmasıdı. Həmin sənəd üçün Çili Futbol Federasiyasına sorğu göndərilsə də, cənubi amerikalılar məsələnin həllini yubadırlar. Elə bu üzdən də paytaxt təmsilçisi Kanalesi sifariş edə bilmir. Avropa Liqasının “Partizan”la avqustun 21-də baş tutacaq ilk qarşılaşmasına cəmi 3 gün qalması isə “Neftçi” rəhbərliyini daha sərt addım atmağa vadar edib. Belə ki, paytaxt təmsilçisi Kanalesin qarşısına şərt qoyub: Sabahadək transfer vərəqəsi gəlməsə, “ağ-qaralar” ondan imtina edəcək. Bu addım da başadüşüləndi. Çünki Kanales avrokuboklarda “Neftçi”yə kömək etmək üçün qaytarılıb. Pley-off mərhələsində iştirak üçün oyunçuların son sifariş tarixi isə avqustun 20-də başa çatır. Bu səbəbdən bakılıların pley-off mərhələsində komandaya kömək edə bilməyəcək hücumçunu heyətdə saxlamayacağı istisna deyil. Qeyd edək ki, 2012/13 mövsümündə Azərbaycan Premyer Liqasının ən yaxşı bombardiri olduqdan sonra vətəninə qayıdan Nikolas “Kolo-Kolo” ilə müqavilə imzalasa da, burada qısa müddət keçirib və “Santyaqo Uonderers”ə icarəyə verilmişdi.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
İdman 15:01
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol