• $ 1.7
  • € 1.9607
  • ₽ 0.021452
  • ₺ 0.0385
  • £ 2.2718

Tramp Zelenskini Rusiya Prezidenti kimi təqdim etdi

Tramp Zelenskini Rusiya Prezidenti kimi təqdim etdi
29.10.2019 14:18
ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenskini "Rusiyanın yeni prezidenti" adlandırıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Trampın bu səhvi barədə amerikalı jurnalist Daniel Deyl "Twitter” səhifəsində yazıb.
Belə ki, V.Zelenski ilə söhbətinin stenoqramı dərc edildikdən sonra impiçment məsələsi barədə araşdırmanı şərh edən Tramp danışıqların "əla" olduğunu, rəqiblərinin isə qalmaqal yaratmağa çalışdıqlarını söyləyib.

Jurnalistlərin suallarına cavab verən Tramp Zelenski ilə qalmaqallı telefon danışığına toxunub."Mən Şiffin məruzəsini tənqid etdim. Bildiyiniz kimi Rusiyanın yeni prezidenti yaxşı kişidir. O öz bəyanatını verdi. Orada ona heç bir təpki olmadı”, - deyə Tramp vurğulayıb.

Yeri gəlmişkən, ABŞ Prezidentinin sözləri Ağ Evin saytında da yer alıb. Prezidentin çıxışı orada olduğu kimi, düzəlişsiz dərc edilib.
Daha əvvəl mətbuat xəbər yaymışdı ki, Tramp Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon söhbəti zamanı ondan keçmiş vitse-prezident Co Bayden və onun oğlu Hanter Bayden barəsində təhqiqat aparmağı xahiş edib və bunun müqabilində Ukraynanın hərbi ehtiyacları üçün ABŞ-dan federal səviyyədə maliyyə ayrılacağını vəd edib.

Bu söhbət Ağ Ev rəhbərinin impiçmenti barədə iş üzrə təhqiqata başlanmasına səbəb olub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
KİV: Əli Xameneinin həyat yoldaşı sağdır
Dünya 20:45
KİV: Əli Xameneinin həyat yoldaşı sağdır
Antonio Quterreş Türkiyədə səfərdədir
Dünya 19:57
Antonio Quterreş Türkiyədə səfərdədir
Ankarada zəlzələ olub
Dünya 19:17
Ankarada zəlzələ olub
Rusiya vətəndaşlarını Almaniyaya səyahət etməkdən çəkinməyə çağırıb
Dünya 18:39
Rusiya vətəndaşlarını Almaniyaya səyahət etməkdən çəkinməyə çağırıb


Aİ: Azərbaycan vətəndaşlarımızın İrandan qayıtmasını asanlaşdırır
Dünya 17:04
Aİ: Azərbaycan vətəndaşlarımızın İrandan qayıtmasını asanlaşdırır

Yanacağın Hörmüz boğazı vasitəsilə ixrac axınları dayandırılıb
Dünya 15:20
Yanacağın Hörmüz boğazı vasitəsilə ixrac axınları dayandırılıb

BMT Baş katibi Türkiyədə səfərdədir
Dünya 15:11
BMT Baş katibi Türkiyədə səfərdədir

“Krokus”da terror aktı törətmiş 4 nəfərə ömürlük həbs verilib
Dünya 12:43
“Krokus”da terror aktı törətmiş 4 nəfərə ömürlük həbs verilib
İsrail Təhlükəsizlik Xidmətinin qərargahı vurulub
Dünya 12:24
İsrail Təhlükəsizlik Xidmətinin qərargahı vurulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol