• $
  • £

Əhaliyə daha bir SEVİNDİRİCİ XƏBƏR !!!

Əhaliyə daha bir SEVİNDİRİCİ XƏBƏR !!!
06.11.2019 18:46
Bu gün Milli Məclisin komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi davam etdirilib.
Oxu.Az-ın məlumatına görə, çıxış edən Maliyyə naziri Samir Şərifov deyib ki, gələn ilin dövlət büdcəsini səciyyələndirən əsas amillərdən biri sosialyönümlü xərclərin əhəmiyyətli dərəcədə artırılmasıdır.
Nazir qeyd edib ki, Azərbaycan əhalisinin sosial təminatının daha da yaxşılaşdırılması üçün Prezident İlham Əliyev tərəfindən böyük işlər görülüb.

"Növbəti ildə də bu işlər davam etdiriləcək”,-deyə S.Şərifov əlavə edib.
O xatırladıb ki, 2020-ci ildə dövlət büdcəsinin 43,9 faizi qeyri-neft, 56,1 faizi isə neft gəlirlərinin payına düşəcək.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov isə söyləyib ki, 2020-ci ilin dövlət büdcəsində dövlət borcunun yuxarı hədlərinin azaldılması nəzərdə tutulur.
Palata sədri vurğulayıb ki, növbəti ilin dövlət büdcəsində sosialyönümlü xərclər ən böyük həcmə malikdir.
V.Gülməmmədov qeyd edib ki, 2020-ci ilin dövlət büdcəsində xərclərin həcmi 2019-cu ildəkinə nisbətən artacaq. Bu isə dövlətin sosialyönümlü xərclərinin artması ilə bağlıdır.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 milyard 484 milyon manat məbləğində proqnozlaşdırılır.
Bu, 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə, 1 milyard 316 milyon manat və yaxud 5,7% çoxdur.
Gələn il büdcə xərcləri isə 25 milyard 617 milyon 700 min manat məbləğində nəzərdə tutulub. Bu isə 2019-ci ilin təsdiq edilmiş göstəricisinə nisbətən 427.7 milyon manat və yaxud 1,7% çoxdur.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər


Qara metal idxalı ixracı 13 dəfə üstələyib
İqtisadiyyat 17:05
Qara metal idxalı ixracı 13 dəfə üstələyib

Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb
İqtisadiyyat 16:02
Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb

Ölkədə kərə yağı istehsalı 10% azalıb
İqtisadiyyat 13:25
Ölkədə kərə yağı istehsalı 10% azalıb

Azərbaycandan Rusiyaya pul köçürmələri 20 % azalıb
İqtisadiyyat 12:40
Azərbaycandan Rusiyaya pul köçürmələri 20 % azalıb
Azərbaycan yapışdırıcı maddələrin istehsalını artırıb
İqtisadiyyat 11:41
Azərbaycan yapışdırıcı maddələrin istehsalını artırıb

Əmtəə bazarlarında qızılın qiyməti aşağı enib
İqtisadiyyat 10:35
Əmtəə bazarlarında qızılın qiyməti aşağı enib

“Brent” neftinin qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:28
“Brent” neftinin qiyməti ucuzlaşıb

Nyu-York birjasında təbii qazın qiyməti artıb
İqtisadiyyat 10:13
Nyu-York birjasında təbii qazın qiyməti artıb
Rusiya neft sanksiyalarının yumşaldılmasından 2 milyard dollar qazanacaq
İqtisadiyyat 22:01
Rusiya neft sanksiyalarının yumşaldılmasından 2 milyard dollar qazanacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol