• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Obama televiziya ilə xalqa müraciət etdi

Obama televiziya ilə xalqa müraciət etdi
15.08.2014 12:14
Amerika Birləşmiş Ştatlarının Missuri ştatının Ferqüson şəhərində irqçilik zəminində baş verən iğtişaşlar dünən də davam edib. ANS PRESS-in məlumatına görə, qaradərili yeniyetmənin ağdərili polis tərəfindən öldürülməsindən sonra başlayan etirazlar artıq bir neçə gündür iğtişaşlara çevrilir. Ötən gün etirazçılarla polis arasında qarşıdurmada bir neçə nəfər xəsarət alıb. Polis etirazçılara qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Missuri ştatının qubernatoru şəhərdə asayişin qorunmasına görə qaradərili yol polisi rəisini məsul şəxs təyin edib. Ferqüson şəhərində baş verənlərə Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama da münasibət bildirib. Obama qaradərili yeniyetmənin öldürülməsi ilə bağlı cinayət işinin yaxın zamanlarda tamamlanacağına və maksimal şəkildə şəffaf olacağına söz verib. «Bu ölkədə polislərin şübhəlilərə güc tətbiq etməsinə icazə verilmir. Bu faciə bəzi vətəndaş qrupları tərəfindən vandalizm aktlarının törədilməsi üçün istifadə olunmamalıdır.» - Barak Obama televiziya ilə rəsmi müraciətində belə deyib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Meksika sahillərində 6,5 maqnitudada zəlzələ olub
Dünya 20:25
Meksika sahillərində 6,5 maqnitudada zəlzələ olub
Türkiyədə 28 vilayət üçün qar uçqunu xəbərdarlığı edilib
Dünya 20:00
Türkiyədə 28 vilayət üçün qar uçqunu xəbərdarlığı edilib
Rusiya Xarkova zərbə endirib, 12 nəfər xəsarət alıb
Dünya 18:23
Rusiya Xarkova zərbə endirib, 12 nəfər xəsarət alıb
Cənubi Koreyanın sabiq prezidentinin həbsi daha 6 ay uzadılıb
Dünya 17:17
Cənubi Koreyanın sabiq prezidentinin həbsi daha 6 ay uzadılıb
Türkiyənin "qırmızı bülleten"lə beynəlxalq axtarışa verdiyi 40 şəxs ölkəyə ekstradisiya olunub
Dünya 09:25
Türkiyənin "qırmızı bülleten"lə beynəlxalq axtarışa verdiyi 40 şəxs ölkəyə ekstradisiya olunub
Həmədanda etirazçılar Qurani Kərimi yandıraraq məscidə hücum ediblər
Dünya 09:11
Həmədanda etirazçılar Qurani Kərimi yandıraraq məscidə hücum ediblər
COP31 9-20 noyabr tarixlərində Antalyada keçiriləcək
Dünya 08:58
COP31 9-20 noyabr tarixlərində Antalyada keçiriləcək
Türkiyənin 31 əyalətində qarlı hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Dünya 22:00
Türkiyənin 31 əyalətində qarlı hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
“Parisin son kraliçası” vəfat edib
Dünya 21:30
“Parisin son kraliçası” vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol