• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Azərbaycanda İLK

Azərbaycanda İLK
15.08.2014 10:30
Bu gün Qəbələdə stend atıcılığı üzrə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq Qran-Pri turnirinə start veriləcək. ANS PRESS-in məlumatına görə, Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planında Avropa və dünya çempionatından sonra ən mühüm yarışlar sırasında olan turnirə Azərbaycan ilk dəfə ev sahibliyi edəcək.“Qəbələ” atıcılıq klubunun təşkilatçılığı, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Atıcılıq Federasiyasının dəstəyi ilə baş tutacaq yarış avqustun 21-nə kimi davam edəcək. Qran-pridə yığmamızla yanaşı, Avstraliya, Azərbaycan, Böyük Britaniya, Belarus, Finlandiya, Gürcüstan, Hindistan, İran, İtaliya, Küveyt, Qazaxıstan, Qətər, Rusiya və Özbəkistan kimi ölkələrin snayperləri öz dəqiqliklərini yoxlayacaqlar.Azərbaycanı yarışda Olimpiya çempionu Zemfira Meftahətdinova, “Qəbələ” İdman Klubunun vitse-prezidenti, dəfələrlə Azərbaycan çempionu Elvin İsmayılov, Atıcılıq Federasiyasının İcraiyyə Komitəsinin üzvü, “Qəbələ” Atıcılıq Klubunun texniki meneceri, dəfələrlə Azərbaycan çempionu Emin Cəfərov, dünya kubokunun finalçısı, Azərbaycan rekordçusu, “Qəbələ” Atıcılıq Klubunun nümayəndəsi Nurlana Cəfərova, Xanhüseyn Bağırov, Elçin Babayev və Paşa Əhədpur təmsil edəcəklər .“Qəbələ” İdman Klubunun vitse-prezidenti Elvin İsmayılov bildirib ki, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan yarışa təşkilatçılıq etmək böyük fərəh hissidir: “Bütün il ərzində bu yarışa səmərəli hazırlıqlar görmüşük. Ümidvarıq ki, sərf etdiyimiz əmək öz bəhrəsini verəcək və biz bu yarışda ölkəmizi layiqincə təmsil edəcəyik”.Qeyd edək ki, ümumi mükafat fondu 81 min ABŞ dolları olan Qran-pridə 150-yə yaxın idmançı dairəvi və səngər stend növləri üzrə mübarizə aparacaqlar. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hökumət Qabon millisinin fəaliyyətini dayandırıb
İdman 23:30
Hökumət Qabon millisinin fəaliyyətini dayandırıb
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
İdman 16:09
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol